Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Burzubənd kəndində əhali ilə səyyar qəbul və görüşü olmuşdur. Kİjəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Burzubənd kəndi dağətəyi ərazidə yerləşməklə,əhalinin məşğuliyyəti sitrusçuluq maldarlıqdan ibarətdir.

İcra başçısı kənd sakinlərini salamlayaraqpandemiyaya görə xeyli müddət görüşə bilmədiklərini, lakin daim problemlər, əhalini narahat edən məsələlər barədə məlumatlandırıldığını və bunların aradan qaldırılması üçün tapşırıqlar verdiyini bildirmişdir. Qeyd etmişdir ki, bu kənddə keçirdiyimiz çoxsaylıgörüşlərimiz həmişə səmərəli olub. Vaxtilə narahat yollarla gəldiyimiz Burzubənd kəndində görüş keçirmək üçün normal bir yer yox idi.Məktəb binası bərbad vəziyyətdə idi. Amma indi asfalt yollar çəkilib, belə gözəl məktəb binası tikilib, qazlaşma aparılıb, fasiləsiz elektrik enerji təminatı həllini tapıb.

İcra başçısı məhdudiyyətlər aradan qaldırılandan sonra səyyar qəbul və görüşlərin bərpa olunması ilə vətəndaşları narahat edən məsələlərin daha operativ həlli üçün imkanlar yarandığını qeyd edərək yenidən görüşə gəldiyini bildirmiş, sakinlərin təkliflərini dinləmişdir.

Tədbirdə çıxış edənlər respublikamızda və rayonumuzda əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən işlərə hədsiz sevindiklərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər.Sakinlərlə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına, o cümlədən, kənddə müasir tipli yeni məktəb binasının tikintisinə, Kijəbə-Ojakəran avtomobil yolunun asfaltlaşdırılmasına köməklik göstərdiyinə görə icra başçısına razılıqlarını bildirmişlər. Çıxış edənlər görülən işlərlə yanaşı Lovayın su anbarından kəndə çəkilişi layihələndirilənsuvarma su xəttinin çəkilişinin tezləşdirilməsi, elektrik xətt təsərrüfatının təmiri, internet şəbəkəsinin genişləndirilməsi, kənddaxili məhəllə yolunun asfaltlaşdırılması və s. barədə təkliflər  vermişlər.

Səmimi və işgüzar görüşə görə sakinlərə təşəkkürünü bildirən icra başçısı irəli sürülən məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Görülən işlərin ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirən icra başçısı dünyada hərbi, iqtisadi-siyasi böhran yaşanmasına baxmayaraq müstəqil dövlətimizin uğurlu inkişafı ilə bundan sonra da əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini əminliklə söyləmişdir. Ötən illər ərzində ölkənin iqtisadi gücü xeyli artmış, cənab Prezidentin Sərəncamı ilə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası uğurla təmin edilmiş, ordu quruculuğu sahəsində böyük nailiyyətlər əldə olunmuşdur.

Bunun nəticəsi idi ki, hər birimizi illərlə narahat edən Qarabağ problemi Müzəffər Ali BaşKomandan İlham Əliyevin siyasi uzaqgörənliyi, yüksək hərbi bacarığı, Qəhrəman oğullarımızın fədakarlığı sayəsində həllini tapmışdır. Quldur, azğın düşməni qısa müddətdə ağır məğlubiyyətə uğradaraq işğalda olan ərazilərini azad edən Azərbaycan xalqı artıq bütün dünyada qalib xalq kimi tanınır. Hazırda azad edilən torpaqlarda həm minatəmizləmə, həm də sürətli tikinti-quruculuq işləri aparılır. Xalqımız böyük qayıdışa hazırlaşır.

Ölkəmizin bundan sonra daha da inkişafı üçün geniş imkanlar açılmışdır. Əminliklə söyləyə bilərəm ki, xalqımızın maddi həyat və məişət şəraitinin daha da yaxşılaşması, rahat və firavan həyatının, ölkəmizin davamlı və sabit inkişafının təmin olunması üçün cənab Prezident tərəfindən hələ çox böyük işlər görüləcəkdir. Bu yolda biz də əlimizdən gələni əsirgəməməli, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi göz bəbəyi kimi qorumalı və hər an ölkə rəhbəri ətrafında sıx birləşərək birlik nümayiş etdirməliyik. Bu yolda hamınıza uğurlar arzulayıram.