Astara Olimpiya İdman Kompleksində Astara Rayon İcra Hakimiyyəti,Astara Rayon Gənclər və İdman İdarəsi, Astara Rayon Təhsil Şöbəsinin birgə təsdiq etdikləri əsasnaməyəuyğun olaraq, eləcə də YAP Astara rayon Təşkilatı,Astara UGİŞM, Astara Boks Mərkəzi, Astara Olimpiya idman Kompleksinin təşkilati dəstəyi ilə 2006-2007-ci il təvəllüdlü yeniyetmələr arasında Boks üzrə açıq Astara rayon birinciliyi keçirilmişdir.

    Tədbirin aparıcısı Astara RGİİ-nin rəis müavini, “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” İqrar Cəfərov tərəfindən Vətən müharibəsi şəhidləri Ruslan Əliyev və Sadiq Bağırzadə haqqında və yarış barədə məlumat verilmiş, gənc nəslin vətənpərvərlik tərbiyəsi, fiziki hazırlığı sahəsində idmanın müxtəlif növləri üzrə xatirə yarışlarının keçirilməsinin əhəmiyyəti qeyd olunmuş, əlaqadar təşkilatlara tədbirin həyata keçirilməsində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirmişdir.

    Sonra Astara Olimpiya İdman Kompleksinin geniş zalında Azərbaycan Respublikasının Dövlət Himninmusiqi sədaları səslənmiş və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 Tədbirin açılış mərasimində çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısının müavini, ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova,Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, YAP Astara rayon Təşkilatının sədri Həbib Cəfərov, Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, məşhur idmançı və məşqçi, ”Azərbaycan Respublikasının Əməkdar məşqçisi”,  beynəlxalq dərəcəli idman ustası, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev, Şəhid Ruslan Əliyevin şəxsi məşqçisi Ayaz Baxşıyev, Şəhid Ruslan Əliyevin qardaşı Əli Əliyev, Boks üzrə Avropa birinciliyinin qalibi Məhəmmədəli Qasımzadənin babası  Tofiq Qasımzadə, yarışların baş hakimi, Astara UGİŞM-nin dərs hissə müdiri, “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” Cəbrayıl Məmmədov çıxış etmişlər.Çıxış edənlər müxtəlif idman növləri üzrə rayonda və respublikada təlim məşqlərin müntəzəm olaraq  keçirildiyini, idmançıların  beynəlxalq yarışlarda yüksək nəticələrə nailı olduqlarını qeyd etmişlər.Bildirilmişdir kı, yarışın məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmvətənlərimizin xatirəsinin yad edilməsi, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin bliği,idmançıların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi, Boks idman növünün kütləviliyinin inkişaf etdirilməsi,asudə vaxtın səmərəli təşkilidir. Çıxış edənlər ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, sağlam həyat tərzinin gənclərin dövlətşilik məfkurəsinin yüksəldilməsində və vətənpərvlik tərbiyəsindəki önəmindən, 44 günlük Vətən müharibəsində  Azərbaycan vətəndaşlarının, gənclərinin, idmançılarının qəhrəmanlıqlarından hs edilmiş və yarışda idmançılara uğurlar arzulamışlar.

 Sonra yarışa start verilmişdiir. Yarışda Astara,Lənkaran, Masallı, Biləsuvar rayon komandalarını təmsil edən 2006-2007-ci il təvəllüdlü 33 nəfər idmançıyarışların əsasnaməsinə və Beynəlxalq Boks Federasiyasının qaydalarına uyğun olaraq 11 çəkidə-42, 44, 48, 50, 52, 54, 57, 60, 63, 66, 75 dərəcələri üzrə fəxri yerlər uğrunda mübarizə aparmışdır.      

   Sonda müxtəlif çəki dərəcələrində I, II və III yerləri qazanan idmançılar Astara RGİİ-nin sis etdiyidiplomlar, medallar və hədiyyələri ilə təltif olunmuşlar.

    Fəxri yerləri qazanan idmançılara mükafatları Vətən müharibəsi şəhidi Ruslan Əliyevin atası Aslan Əliyev, Milli Məclisin 77 saylı Astara Seçki Dairəsindən deputatı Rəşad Mahmudov, Astara Rayon İcra Hakimiyyətinin başçısının müavini, ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, Astara Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru Azər İbrahimov,Vətən müharibəsi qazisi İlham Əkbərov, yarışların baş hakimi Cəbrayıl Məmmədov təqdim etmişlər.