Astara Sərhəd Komendantlığında Dövlət Sərhəd Xidməti, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq Lənkəran Sərhəd Dəstəsi, Astara Rayon Təhsil Şöbəsi və Astara Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Sərhəd ” hərbi idman oyunun Astara rayon turu keçirilmişdir.

Tədbiri giriş sözü ilə Lənkəran Sərhəd Dəstəsinin Şəxsi heyyət üzrə şöbənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Mehman Şükürov açıq elan etmişdir. Sonra tədbir iştirakçıları Azərbaycan Respublikası-Dövlət himnini oxumuşlar. Astara RGİİ-nin rəis müavini İqrar Cəfərov, RTŞ-nin Çağırışa qədər hazırlığı üzrə baş metodisti Rasim Cəfərov, Lənkaran Sərhəd Dəstəsinin Şəxsi heyət hazırlığı bölməsinin baş zabiti, mayor Samiq Sadıqov, Astara Sərhəd komentantlığının komandir müavini Amid Ağayev vətənpərvərlik tədbirinin əhəmiyyəti barədə çıxış etmiş və məktəbli gənclərə hərbi, fiziki və mənəvi tərbiyədə uğurlar arzulamışlar.
Yarışda 5 komanda 25 nəfər məktəbli, 5 nümayəndə, 5 nəfər hakimlər heyyəti iştirak etmişdir.
Yarışda “Sıra hazırlığı”, “Avtomatın sökülməsi və yığılması”, “Süni nəzarət iz zolağının yaradılması”, “Kəndirin dartılması”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili”, ”Maskalanma”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstəriməsi və onun təxliyyəsi” mərhələləri üzrə komandalar mübarizə aparmışlar.
I, II və III yerlərə müvafiq olaraq Səncərədi kənd tam orta məktəb, Astara şəhər 2 saylı tam orta məktəb, Astara şəhər 4 saylı tam orta məktəb komandaları layiq görülmüşlər.
Fəxri yerləri qazanan və mərhələlərdə fərqlənən komandalara Lənkaran Sərhəd Dəstəsinin, Astara rayon Təhsil Şöbəsinin, Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunmuşdur.
Astara rayon turunun qalibi – Səncərədi kənd tam orta məktəbin komandası 2022-ci ilin may ayında Lənkəran şəhərində keçiriləcək respublika zona turunda Astara rayonunu təmsil edəcəkdir.