Astarainfo.az xəbər verir ki, Gənclər Evində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş Astara rayon İcra Hakimiyyəti, Astara  rayon  Gənclər və İdman İdarəsiAstara rayon Təhsil Şöbəsi ilə birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq Astara RGİİ, “İntellektli və Sağlam Gənclər İctimai Birliyi, Astara” İntellektual İnkişaf  Klubunun birgə təşkilatçılğı və YAP Astara rayon təşkilatının dəstəyi ilə “Bilici” İntellektual oyunu üzrə 14-29 yaşlı məktəbli və tələbə gənclər arasında Astara rayon birinciliyi keçirilmişdir.

    Tədibirin açılış mərasimində çıxış edən Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov, YAP Astara rayon təşkilatının məsul işçiləri Elçin Məmmədəliyev,    Vüqar Abbasov, Zülfi Həbibov, Astara RGİİ-nin baş məsləhətçi Bəhlul Rufullazadə ümummilli lider Heydər Əliyev  haqqında məlumat vermiş bilik oyunun məqsədinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərancamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiysı”nın müvafiq bəndlərinin icrasını təmin etmək, görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinin yad edilməsi və  irsinin öyrənilməsi, yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarının səmərəli təşkili, Azərbaycanın milli-mənəvi dəyərləri və tarixi haqqında biliklərini nümayiş etdirmələrinə şərait yaratmaq olduğunu bildirmişlər.

    Sonra tədbirin aparıcısı “İntellektli və Sağlam Gənclərİctimai Birliyi “Astara” İntellektual İnkişaf Klubunun sədri Cavid Cəfərli oyunun qaydaları haqqında iştirakçılarılumatlandırmış və bilik yarışına start verilmişdir.

    Yarışda  “Elit” (Astara şəhər 1 saylı tam orta məktəb), “Nirvana” (Astara Pedaqoji Kolleci), “Ziya” (Astara şəhər 2 saylı tam orta məktəb), Zəfər yolu” (Astara şəhər 5 saylı tam orta məktəb), “Zəfər” (Astara şəhər 6 saylı tam orta məktəb), “Zeon” (Pensər kənd 1 saylı tam orta məktəb) və“Zülfüqar” (Pensər kənd 2 saylı tam orta məktəb) olmaqla ümumilikdə 7 komanda mübarizə aparmışdır.

    İnellektual bilik yarışı 3 mərhələdən ibarət-seçim,yarımfinal və final mərhələlərindən ibarət keçirilmişdir.Seçim mərhələsindən sonra “Zülfüqar”, ”Elit”, “Zəfər” “Zeon“ komandaları yarımfinala yüksəlmişlər.

     Final mərhələsində I  yeri “Zülfüqar” (Pensər kənd 2 saylı tam orta məktəb), II yeri  “Elit” (Astara şəhər 1 saylı tam orta məktəb) komandası qazanmışlar. III yerə “Zəfər”(Astara şəhər 6 saylı tam orta məktəb) komandası layiq görülmüşdür.

   Qalib komandalara Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları və hədiyyələri qdim edilmişdir.