Bu il aprelin 1-i vəziyyətinə Astara rayonunun iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 8365 nəfər olub. Onlardan 6198 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 2167 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Astara Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov Astarainfo.az-a bildirib ki, yanvar-mart aylarında rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 15,9 faiz artaraq 511,6 manat olub. Muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı dövlət bölməsində 551,5 manata, özəl bölmədə 397,4 manata çatıb.
İqtisadiyyatın elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı, maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə, sosial təminat, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.