Bolqarıstanın Plavdiv şəhərində keçirilən Savate üzrə(Fransız boksu)Dünya kubokunda Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının Milli komandasının tərkibində astaralı idmançı Əliyev Ağadədə (H-75 kq) qızıl medal qazanmışdır.İdmançımız ilk rəqibi Serbiyalı, 2-ci rəqibi İranlı və final döyüşündə isə Bolqarıstanlı idmançılar üzərində inamlı qələbə ilə Dünya kubokuna sahib olmuşdur.

    Qeyd etməliyik ki, ötəni illərdə də astaralı idmançı Ağadədə Əliyev yüksək nəticləri ilə yaddaşlarda qalmışdır. Ağadədə Əliyev 2 qat Dünya çempionudur.Alpaqut döyüş növü üzrə Dünya çempionatında (24-25 noyabr 2018, Bakı şəhəri) 90 kq çəkidə qızıl medal, Alpaqut döyüş növü üzrə Dünya çempionatında( 22-24 noyabr 2019, Bakı şəhəri) 85 kq çəkidə gümüş medal, Döyüş Növləri üzrə Dünya çempionatında Full kontakt Kikboksinq versiyası üzrə(12-15.12.2021,Xarkov,Ukrayna) qızıl medal qazanmışdır.

   İdmançımız Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının Milli komandasının və “Gömrükçü” İdman Mərkəzinin üzvüdür.

    Ağadədə Əliyevi Dünya Kubokunun qalibi adını qazanması münasibətilə təbrik edirik ona həyatda yeni uğurlar arzulayırıq..