Astara rayon Gənclər Evində Astara rayon Gənclər və İdman İdarəsi və Astara Pedoqoji Kollecinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr olunmuş “Breyn rinq” İntellektual Oyunu üzrə Astara rayon turniri keçirilmişdir.

Tədbiri giriş sözü ilə Astara rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Bəhlul Rufullazadə açıq elan etmiş,Heydər Əliyev şəxsiyyəti,onun irsinin öyrənilməsi, Azərbaycan dövlətçiliyinə və xalqına verdiyi töhfələr barədə komandalara geniş şəkildə məlumat verilmiş  və Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Sonra yarışa start verilmişdir.Yarışda Astara Pedoqoji Kollecinin tələbələrində ibarət 10 komanda – “Dəmir yumruq” ,“Aypara” , “Zirvə” , “Günəş” , “Birlik” , “Zəfər” “Payız”, “Ulduzlar” , “Cəbrayıl” və “Qələbə” komandaları iştirak etmişdir və yarış 3 mərhələdə davam etmişdir. I mərhələdə komandalara 25 sual səsləndirilmiş və bu mərhələdən sonra yalnız 5 komanda növbəti mərhələyə çıxmaq hüququ qazanmışdır.Yarımfinal mərhələsində komandalara 10 sual verildikdən sonra “Zirvə” və “Aypara” komandaları final mərhələsinə yüksəlmişdir.

Maraqlı mübarizə şəraitində keçən yarışda I yerə  “Zirvə” , II yerə “Aypara” , III yerə isə “Günəş”  komandaları layiq görülmüşlər.”Zirvə” komandasının tərkibində Aytac Əliyeva,Elnur Məmmədov,Aysel Vahabzadə və Türkanə İbrahimova mübarizə aparmışlar.

Sonda qalib gələn komandalar Astara rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmış və xatirə şəkilləri çəkilmişdir.