Bakı şəhərində– Hərbi Qənimətlər Parkının yanında hazırlanmış xüsusi zonada Gənclər və İdman Nazirliyinin təşkilatçılığı iləümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Cəsur kadet” sınaq günləri keçirilmişdir.

        Tədbirdə Astara rayonunu 13 may 2022-ci il tarixdə Astara şəhər 3 saylı tam orta məktəbin “Şahin” komandası təmsil etmişdir.Gənclər arasında hərbi vətənpərvərlik ideyalarının təbliği, gənclərin fiziki hazırlığına və sağlam həyat tərzinə diqqətin artırılması məqsədilə keçirilən tədbirdə rayonumuzun gəncləri qaçış, turnikdə dartınma,taxta hasarın üstündən keçməklə maneələrin dəf olunması, kəndir vasitəsilə “Təhlükəli zolağın” qət olunması, kəndir vasitəsilə yüksəkliyə dırmanma və yüksəklikdən enmə, sürünməklə maneələrin dəf olunması,istehkamda yerləşərək hədəfə “Qumbara” atma və digər hərbi və fiziki tapşırıqları uğurla yerinə yetirərək sertifikatlarla təltif olunmuşdur.

       Astara rayonunu təmsil edən komanda və nümayəndə heyəti Hərbi Qənimətlər Parkında da ekskursiyada olmuşlar.

      Astara rayonunu təmsil edən Şahin” hərbi-idman oyununun Astara rayon birinciliyinin qalib komandası-Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbin komandası(14 nəfər) və nümayəndələr-Astara RGİİ-nin rəisi v.i.e. Rufan Şirinov, Astara şəhər 3 saylı tam orta məktəbin Gənclərin Çağırışa qədər Hazırlığı üzrəmüəllimi Alməmməd Bayramov və Vətən müharibəsi qazisi İlham Əkbərov olmuşdur.