Bakı şəhərində Şağan Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Kontakt Karate Federasiyası ilə birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraqKontakt Karate üzrə uşaqlar(8-9, 10-11 yaş), yeniyetmələr(12-13,14-15 yaş), gənclər(16-18 yaş) və böyüklər(18 yaşdan yuxarı) arasında  XXVII açıq Respublika çempionatı keçirilmişdir.

Yarışda Astara rayon komandası Azərbaycan Kontakt Karate Federasiyasının Cənub Regional Nümayəndəsi, “Seiken”Kyokuşin Kenbukay Karate Klubunun direktoru Azər Ağazadənin rəhbərliyi ilə iştirak etmiş və fəxri yerlər qazanmışlar.

    Astaralı idmançılardan Məmmədov Namik(45kq) II yeri, Kazımlı sadiq(25 kq) II yeri və Muradzadə Məzahir(35 kq) III yeri qazanmışlar.

    İdmançılarımızı təbrik edir və yeni nailiyyətlər arzulayırıq.