Astara rayon Gənclər Evində Astara rayon İcra Hakimiyyəti və Astara  rayon  Gənclər və İdman İdarəsinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq, Astara RGİİ, “İntellektli və Sağlam Gənclər“ ictimai birliyi“Astara” intellektual inkişaf klubunun birgə təşkilatçılğı ilə   Müstəqillik Günü”nə həsr olunmuş 14-29 yaşlı gənclər   arasında   “Bilici” İntellektual Oyunu üzrə Astara rayon birinciliyi  keçirilmişdir.

        Tədibirin açılış mərasimində çıxış edən Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov və baş məsləhətçisi Bəhlul Rufullazdə bilik oyunununməqsədinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərancamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın müvafiq bəndlərinin icrasını təmin etmək, Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasın 104-cü ildönümünün qeyd olunması, yeniyetmə və gənclərinin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarının səmərəli təşkili, Azərbaycanın milli-mənəvi dəyərləri və tarixi haqqında biliklərini nümayiş etdirmələrinə şərait yaratmaq olduğunu bildirmişlər.

        Sonra tədbirin aparıcıs,Astara RGİİ-nin baş məsləhətçisi Bəhlul Rufullazadə oyunun qaydaları haqqında iştirakçılarılumatlandırmış və bilik yarışınastart verilmişdir.

      Yarışda “Xəmsə” (Astara Pedaqoji Kolleci), “Elit” (Astara şəhər 1 saylı tam orta məktəb), “Ziya” (Astara şəhər 2 saylı tam orta məktəb), Zirvə” (Astara şəhər 5saylı tam orta məktəb), “Xəzər” (Astara şəhər 6 saylı tam orta məktəb), Şuşa (Astara şəhər 7 saylı tam orta məktəb), “Zeon” (Pensər kənd 1 saylı tam orta məktəb),“Zülfüqar” (Pensər kənd 2 saylı tam orta məktəb) və “Xarı bülbül” (Suparıbağ kənd tam orta məktəb) olmaqla ümumilikdə 9 komanda mübarizə aparmışdır.

        Maraqlı mübarizə şəraitində keçən yarışda I  yerə “Zülfüqar” (Pensər kənd 2 saylı tam orta məktəb), II yerə  “Ziya” (Astara şəhər 2 saylı tam orta məktəb), III yerə“Zirvə (Astara şəhər 5 saylı tam orta məktəb) komandaları layiq görülmüşlər.

        Fəxri yerləri qazanan komandalara Astara Rayon Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri qdim edilmişdir.