“Bir millət, iki dövlət, bir festival şüarı ilə dünyanın ən məşhur aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-i Bakıda keçirdik”.

Astarainfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tvitterdə yazıb.

“Biz Azərbaycanla bir çox layihələrdə gənclərimiz üçün yeni üfüqlər açmağa və milli texnologiya hərəkətimizi birlikdə həyata keçirməyə davam edəcəyik”, – deyə o qeyd edib.