Astara rayon Səncərədi kənd tam orta məktəbində Astara Rayon Polis Şöbəsinin təşəbbüsü, Astara Rayon İcra Hakimiyyəti,Astara Rayon Gənclər və İdman İdarəsi, “Astara Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin birgə təşkilatçılığı ilə  “Narkomaniyaya yox deyək” və “Erkən nigahlar və onların fəsadları”   mövzularında  maarifləndirici seminar keçirilmişdir. Tədbirdə  Səncərədi kənd tam orta məktəbinin yuxarı sinif  şagirdləri və müəllim heyyəti iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cəfərov əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təşkili məqsədilə belə tədbirlərin həyata keçirilməsini mühüm olduğunu qeyd etmişdir və əlaqadar təşkilatlara minnətdarlığını bildirmişdir. Azər Cəfərov qeyd etmişdir ki, hər kəs gənc nəslin sağlam böyüməsinə, valideynlərinin etimadının doğrudulmasına, Vətənə layiq övlad kimi yetişməsinə çalışmalıdır.Lakin narkomaniyaya meyl edən gənclərə hələ də rast gəlinməsi təssüf hissilə xatırlanıb. Qeyd olunub ki, məhz bu səbəbdən təhsil müəssisələrində,ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı,vətənpərvər olmalıdır.

Daha sonra çıxış edən Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, ictima-

siyasi və humanitar məsələlər  şöbəsinin müdiri Firəngiz Sadıxova, “Astara Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinin Baş direktoru Oktay Əmənullayev, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi  vəzifəsini icra edən Rufan Şirinov tədbirin məqsədinin Azərbaycan  Respublikası Prezidentinin 09 avqust 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan  Respublikası  Qanunun, Azərbaycan  Respublikası Prezidentinin 22 iyul 2019-cü il tarixli fərmanı ilə təsdiq edilmiş  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi  və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı(2019-2024-ci illər)”nın, 2015-2025-ci illərdə Azərbaycan  gənclərinin  İnkişaf  Strategiyası” nın müvafiq maddələrinin yerinə yetirilməsi, sağlam həyat tərzinin  təbliği və tərənnüm edilməsi olduğunu qeyd etmiş, keçirilən maarifləndirmə tədbirlərini yüksək qiymətləndirmiş, narkomaniyanın yaratdığı problemləri sadalamış, gənclərə dəyərli tövsiyyələr əməl etməyi, narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməyə, onlara kömək etməyə çağırmışlar. Qeyd olunmuşdur ki,Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə yanaşı, gələcəyimiz olan yeniyetmə və gənclərlə maarifləndirici görüşlərin keçirilməsi, onlara narkomaniya bəlası haqqında dolğun məlumatların verilməsi işi də mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə Səncərədi kənd tam orta məktəbin direktoru Nadir Süleymanov, Astara Rayon Polis Şöbəsinin Şəxsi heyətlə iş üzrə köməkçisi,  polis kapitanı Ceyhun Abdulov  və digər məsul şəxslər iştirak etmişlər.

Sonra narkotik təsirlərin səbəb olduğu fəsadlar və dağıdıcı təsirlər barədə videoçarx izlənilmişdir.

Yekunda mövzular ətrafında məktəbli gənclərin və gənc müəllimlərin sualları Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cəfərov tərəfindən cavablandırılmışdır.