Astara rayon Gənclər Evində Astara rayon Gənclər və İdman İdarəsi, “İntellektli və Sağlam Gənclər“ İctimai Birliyi, “Astara” İntellektual İnkişaf Klubunun, Astara Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə müşavirə keçirilmişdir.

Müşavirəni giriş sözü ilə açan Astara RGİİ-nin rəisi vəzifəsini icra edən Rufan Şirinov Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbovun tapşırıq və tövsiyələrini gənclərin diqqətinə çatdırmış, müasir və yeni düşüncəli gənclərə ehtiyac olduğunu bildirmiş,gənclərin fikirləri dinlənilmiş və yeni məqsədlər qarşıya qoyulmuşdur.R.Şirinov bildirmişdir ki, gənclər müasir texnologiyadan faydalı istifadə etməli,vaxtlarını sosial şəbəkələrdə faydasız itirməkdənsə, vətəninə,dövlətinə,cəmiyyətə  kiçik də olsa,nə kimi xeyir verəcəkləri barədə düşünməlidirlər.

Səmimi və faydalı müzakirə formasında keçən dəyirmi masada Astara RGİİ-nin baş məsləhətçisi Bəhlul Rufullazadə, “Sım” kitab köşkünün təsisçisi Fəranə Mikayılova, “İntellektli və Sağlam Gənclər“ İctimai Birliyi və  “Astara” İntellektual İnkişaf Klubunun sədri Cavid Cəfərli, Astara Pedaqoji Kollecinin Tələbə Gənclər Təşkilatının sədr müavini Zəhra Babayeva və digər fəal gənclər çıxışlarında bildirmişlər ki, gələcəkdə keçiriləcək tədbirlər daha yeni, kreativ formada hazırlanmalı, yeni texnologiyalardan istifadə edilməli, ucqar kəndlərdə intellektual yarışlar və ekoloji təmizliyin qorunması ilə bağlı aksiyalar daha sıx keçirilməlidir.