İsveç və Finlandiya PKK-ya dəstək verməkdən imtina etdiklərini açıq şəkildə nümayiş etdirməlidir.
Astarainfo.az
 xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı zamanı deyib.
Prezident Ərdoğan bildirib ki, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı narahatlığı qanuni tələblərə əsaslanır. Onun sözlərinə görə, hər iki ölkə terroru dəstəkləməkdən imtina etdiklərini açıq şəkildə nümayiş etdirməlidir. Bu zaman Türkiyə Alyansla həmfikir olacaq.