Ombudsmanın Cəlilabad Regional Mərkəzinin, Astara Rayon Heydər Əliyev Mərkəzinin, Astara rayon Polis Şöbəsinin, Astara rayon Gənclər və İdman İdarəsinin, Astara Rayon Dövlət Rəsm Qaleriyasının, Astara Pedaqoji Kollecinin və Astara şəhər 1 saylı tam orta məktəbinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev və insan hüquqları”mövzusunda maarifləndirici seminar və rəsm sərgisikeşirilmişdir.
Tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova,Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Astara rayon Polis Şöbəsinin Şəxsi heyətlə iş üzrə köməkçisi, polis kapitanı Ceyhun Abdulov, Astara rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, Astara rayon Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımova çıxış edərək bildirmişlər ki, hər il 18 iyun Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti cənabİlham Əliyevin 17 iyun 2007-ci il tarixli Fərmanı ilə Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq, Azərbaycanda Milli İnsan Hüquqları günü kimi təsis edilmişdir. Bu sahədə ölkəmizdə hüquqi bazanın yaradılması müasir dövrdə dövlətimizin qurucusu, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, sistemli və gələcəyə hesablanan islahatlara start verildi. Azərbaycanın bu gün dünyada müstəqil, hüquqi və demokratik dövlət kimi tanınması, ölkə vətəndaşlarının hüquqlarının, azadlıqlarının təmin edilməsi Ümummilli Liderin adı ilə bağlıdır. Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsi və demokratik inkişaf yolu ilə inamla irəliləməsi üçün gördüyü işlər barədə gənc nəslin onun fəaliyyətinə dair mütəmadi biliklər əldə etməsi bugünkü zamanımızın tələbidir. Azərbaycan məhz müstəqil dövlətimizin qurucusunun qoyduğu yolla Prezident cənab İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyir, ardıcıl uğurlar qazanır.
Sonda tədbir iştirakçıları Astara Heydər Əliyev Mərkəzin foyesində təşkil olunmuş Astara rayon Heydər Əliyev Mərkəzinin və Astara Dövlət Rəsm Qalereyasının birgə təşkil etdikləri sərgiyə baxış keçirilmişdir.