Ən dəyərli varlıq Vətən idi onun üçün və uğrunda da fəda oldu…

Səttarov Səxavət Qüdrət  oğlu  2001-ci il iyul ayının 15-də Artupa kəndində anadan olub.2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb.

Səxavət Səttarov  Vətən müharibəsində iştirak edən igid əsgərlərdən biri kimi  Ağcabədinin Xocavənd kəndində qəlpə yarasından ağır yaralanmış, noyabrın 6-da şəhidlik zirvəsinə çatmışdır.

Qəhrəman şəhidimiz Səttarov Səxavət Qüdrət  oğlu  Prezident İlham Əliyevin  Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda “ medalı ilə təltif edilişdir.