Gənclərin  potensialından  ölkənin  mənafeyi  naminə düzgün  istifadə  olunması,  onların sağlamlığının qorunması,asudə vaxtının səmərəli təşkili, məşğulluğunun  təmin  edilməsi,istedadların üzə çıxarılması və s.  məqsədi  iləölkəmizdə “Gənclər  siyasəti  haqqında”,  “Bədən  tərbiyəsi  və  idman  haqqında”  Azərbaycan  Respublikasının  qanunları,  “ 2015-2025 –ci  illərdə Azərbaycan  gənclərinin  İnkişaf  Strategiyası”, 15 sentyabr  2017 -ci  il tarixdə “Azərbaycan ncliyi 2017-21-ci  illərdə”  Dövlət  Proqramı  təsdiq  edilmişdir. Bu sənədlərdə gənclərin sağlam həyat tərzinə və asudə vaxtının səmərəli təşkilinə xüsusi önəm verilmişdir.        

      Son dövrlərdə Dövlət  Bayrağı  Meydanının, “Gənclər  Evi” nin ,  Astara   Olimpiya  İdman   Kompleksinin , Astara Boks Mərkəzinin, Astara Əyləncəli Park-Bulvar Kompleksininin  istifadəyə verilməsi  gənclərimizə göstərilən  dövlətin  diqqət  və  qayğısının  bariz nümunəsidir. Rayonumuzda bu obyektlərdən səmərəli istifadə edilməsi yeniyetmə vəgənclərimizin inkişafına töhfəsini verir.

        Eləcə də Astara rayonunun əsrarəngiz təbiəti,xüsusən Xəzər dənizi sahillərindən səmərəli istifadə əhalimizin və o cümlədən uşaq,yeniyetmə və gənclərin  sağlamlığının yüksəldilməsi üçün  böyük potensiala malikdir.

      Bütün bunları nəzərə alaraq, 11 iyun 2022-ci il tarixdə Astara rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Kariyera Mərkəzinin Astara nümayəndəliyinin təşkilatçılığı və Astara Boks Mərkəzi, Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının Astara nümayəndəliyinin və “Seiken” Kyokuşin Karate Federasiyasının iştirakı ilə Xəzər dənizi sahillərində sağlam həyat tərzinin təbliği məqsədilə Mən sağlam həyat tərzini seçirəm devizi ilə aksiya keçirilmişdir.

      Qeyd olunmalıdır ki, aksiya zamanı gənclərin tam sağlam həyat tərzinə yiyələnməsi və zərərli vərdişlərin  fiziki,sosial, psixoloji fəsadları barədə maarifləndirici söhbətlər də aparılır.Tədbirlərin təşəbbüskarı olan Astara RGİİ-nin rəisi vəzifəsini icra edən Rufan Şirinov maarifləndirici söhbətlərdə,eləcə də Boks,Atletika,Futbol üzrə təlim məşqlərin aparılmasında bilavasitə iştirak edir, yeniyetmə və gəncləri sağlam həyat tərzinə yönəlməsinə ruhlandırır.

Təlim məşqlərin təşkilində məşqçi-müəllimlərdən Azər Ağayev, Ayaz Baxşıyev,Zamin Baxşıyev fəal iştirak edirlər.