Astara rayon Boks Mərkəzində “26 iyun – Beynəlxalq Narkomaniya ilə Mübarizə Günü” münasibətilə idmançılarla görüş keçirilmişdir.

      Tədbiri giriş sözü ilə açan Astara rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov bildirmişdir ki, bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. Eyni zamanda vurğulandı ki, idmançılar öz həmyaşıdları üçün nümunə olmalı, belə tanıdıqları varsa,onları idmana, sağlam həyat tərzinəyönəltməli, öz qazandıqları uğurlar ilə Vətənə xidmət etməlidirlər.

       Tədbirdə həmçinin, Astara rayon Boks Mərkəzinin direktoru Ayaz Baxşıyev də çıxış edərək bildirmişdir ki, Astara boksçuları Azərbaycan və Avropa birinciliklərində fərqlənərək, yüksək nəticələr qazanmış və ətraflarındakı yeniyetmə və gəncləri bu idman növünə öz nəticələri ilə həvəsləndirmişlər.

        Sonda tədbir iştirakçılarına, gənclərə və yeniyetmələrə Astara RGİİ tərəfindən hazırlanmış və çap edilmiş “Sağlam, narkotiksiz həyatı seç!”, “Övladlarınızı narkotiklərin oyuncağına çevrilməkdən qoruyun!” adlı maarifləndirici bukletlər paylanıldı.