Masallı Olimpiya Kompleksində Masallı rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Respublikası “OYAMA” döyüş növləri İdman klubu ictimai birliyinin və Beynəlxalq İFK Kyokuşin karate təşkilatının Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə 26 iyun Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş uşaqlar, yeniyetmə ,gənclər ,qadınlar və kişilər arasında kyokuşin karate idman növü üzrə Respublika turniri keçirilmişdir.
Yarışda Astara rayon komandası Azərbaycan Kontakt Karate Federasiyasının Cənub Regional Nümayəndəsi, “Seiken” Kyokuşin Kenbukay Karate Klubunun direktoru Azər Ağazadənin rəhbərliyi ilə iştirak etmiş və fəxri yerlər qazanmışlar.
Astaralı idmançılardan Məmmədov Aqşin (60 kq ) , Məmmədov Bayraməli (46 kq) , Nurizadə Əli (35 kq) I yeri, Rüstəmov Əmir (30 kq), Rzayev Cəbrayıl (50 kq) II yeri, Bağırov Məhəmməd (46 kq), Hüseynzadə Məhəmmədəli (40 kq) III yeri qazanmışlar.