Astara rayon Olimpiya İdman Kompleksində Astara rayon Gəncər və İdman İdarəsi və Astara rayon İcra Hakimiyyətinin birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq, “15 iyun Milli Qurtuluş Günü”nə həsr olunmuş futbol üzrə Astara rayon çempionatı keçirilmişdir. Tədbirin mükafatlandırma mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov yarışın məqsədinin “ Milli Qurtuluş Günü”nün qeyd edilməsi, vətənpərvərlik tərbiyəsinin təbliği, rayonun bələdiyyə, idarə, müəssisə və təşkilatlarında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olmaq, prespektivli futbolçuları aşkar etmək, futbol üzrə keçirilən respublika yarışlarında iştirak etmək üçün rayonun gənclər və kişilərdən ibarət yığma komandasının heyətini müəyyənləşdirmək, asuda vaxtın səmərəli keçirilməsini təmin etmək olduğunu bildirmiş, komandalara uğurlar arzulamışdır.
Yarışda rayonun müxtəlif ərazilərini təmsil edən 16 komanda iştirak etmişdir. Komanalar yarışların keçirilməsinin beynəlxalq qaydalarına əsasən dairəvi sistemi üzrə 4 yarımqrupda mübarizə aparmışlar. Yarımqruplarda I və II yerləri qazanan komandalar ¼ mərhələsində iştirak etmək hüququ qazanmışlar.
Yekunda I yerə “Ərçivan” FK, II yerə “Partizan”, III yerə isə “Səncərədi” komandaları layiq görülmüşlər.Fəxri yerləri qazanan komandalara Astara Rayon Gəncər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri təqdim olunmuşdur.
Qeyd etmək lazımdır ki, çempionatın ən yaxşı hücumçusu Musazadə Musa Ramiz oğlu (“Partizan”), ən yaxşı müdafiəçi Əliyev Pərviz Elvar oğlu (“Ərçivan” FK), ən yaxşı qapıçı isə Ağayev İlkin Ağamirzə oğlu(“Səncərədi”) seçilmiş və Astara RGİİ-nin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.