Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə keçirdiyi növbəti səyyar qəbul və görüş rayonun ucqar dağ kəndlərindən olan Hamoşam  kəndində olmuşdur.

Səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının rəhbərləri iştirak etmişlər.

İcra başçısı bildirmişdir ki, əvvəlki görüşlərmizin hər biri səmərəli, faydalı olmaqla müəyyən məsələlərin həlli ilə yadda qalmışdır. Nümayəndəlik mürəkkəb relyefdə yerləşdiyi və bir neçə para kənddən ibarət olduğu üçün təbii ki, özünəməxsus problemləri vardır. Pandemiya səbəbindən görüşlərimizdə fasilələr yaransa da həmişə bunlarla maraqlanmış, həllinə köməklik göstərməyə çalışmışam. Ən böyük problem isə cənab Prezidentin Sərəncamı ilə ayrılan vəsait hesabına bu kəndlərə tarixi ərzində ilk dəfə asfalt yolun çəkilməsi ilə həllini tapmışdır. İkinci narahatlıq doğuran məsələ Hamoşam və qonşu kəndlərə elektrik enerjinin hələ ötən əsrin altmışıncı illərində Lerik rayonundan çəkilən elektrik xətti ilə verilməsi idi. Bu da payız-qış mövsümündə çətinliklər yaradır, işığın verilməsində günlərlə fasilələr yaranırdı. Bu bizi çox düşündürür narahat edirdi. Nəhayət ki, Pensər kəndindəki yarımstansiyadan bu istiqamətdə yeni elektrik xətti çəkilməklə, bu problemin də həllinə nail olduq. Uzun müddət fasilədən sonra bu gün sizinlə yenidən görüşə gəlmişik. Məqsədimiz problemlərlə yerində tanış olub, həllinə birgə nail olmaqdır.

Görüşdə sakinlər rayon rəhbərliyinin təşkilatçılığı  və yaxından köməkliyi ilə görülən geniş abadlıq və quruculuq işlərindən razılıqla söhbət açmışlar. Bildirmişlər ki, rayon mərkəzindən xeyli uzaqda dağlıq ərazidə yerləşən, Hamoşam kəndinə asfalt yolun çəkilməsiəraziyə elektrik enerjisinin Astara rayonundan verilməsi ilə burada yaşayan insanların ən mühüm problemləri həllini tapmışdır. Bunun sakinlərə böyük töhfə olduğunu qeyd edərək, bütün ictimaiyyət adından ölkə Prezidenti cənab İlham Əliyevə yüksək diqqət və qayğıya görə hədsiz minnətdarlıqlarını bildirmişlər.

Sakinlər görülən işlərlə yanaşı qəzalı vəziyyətdə olan elektrik dirəkləri və naqillərinin dəyişdirilməsi, yeni transformatorun qoyulması, avtomobil yoluna tökülən torpaq və çınqılın mütəmadi təmizlənməsi, asfalt yola nişanlama xəttinin çəkilməsi, bağlanmış poçt filialının fəaliyyətinin bərpa edilməsi, yeni salınacaq körpü üçün dəmir boruların verilməsinə köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı əhalini dinlədikdən sonra təkliflərinə münasibət bildirərək, həlli barədə tapşırıqlar vermiş, Taxtanakəran-Hamoşam avtomobil yolunun təmiri, elektrik xətt təsərrüfatının yenilənməsi barədə aidiyyəti üzrə müraciət edəcəyini diqqətə çatdırmışdır.  

Qeyd etdiyiniz kimi bu dağ kəndlərinin ən böyük problemləri olan yol və işıq məsələsi həll edilmişdir. Bundan əlavə Hamoşam və Asxanakəran inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan bütün məktəblər üçün müasir tipli binalar tikilmişdir. Hamoşam və Motlayataq kənd tibb məntəqələri, həmçinin, Asxanakəran kənd sahə xəstəxanası üçün yeni bina inşa edilərək əhalinin istifadəsinə verilmişdir.Ərazidə bir neçə körpü salınmış, digər körpüdə son tamamlama işləri aparılır.

Dağ kəndlərinin avtomobil yollarınınasfaltlaşdırılması bütün rayonumuz üçün mühüm əhəmiyyət daşıyır. Çünki, bu ərazilər həm də turizm potensialına malikdir. Burada səfalı təbiət, sərin bulaqlar, tarixi abidələr vardır. Ona görə də bu kəndin respublikada və xaricdə yaşayan imkanlı şəxsləri turizm sahəsinə investisiya qoymağa çalışmalıdırlar.  

İcra başçısı bütün bunların ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nəticəsi olduğunu diqqətə çatdırmış, bildirmişdir ki, ölkəmizdə bərqərar olan əmin-amanlığı qorumalı, ölkə Prezidenti ətrafında sıx birləşərək, həyata keçirilən böyük  işlərdə dəstək olmalı, müstəqil dövlətimizin bundan sonra da inkişafı üçün əlimizdən gələni etməliyik.

Sonra rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev kəndin mərkəzindən keçən çay üzərində yeni salınmış tikintisi davam edən körpülərə baxış keçirmiş, işlərin gedişi ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermişdir.