Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin əhali ilə keçirdiyi növbəti səyyar qəbulu Motalayataq kəndində olmuşdur.  Səyyar qəbul və görüşdə rayonun aidiyyəti idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.

İcra başçısı Asxanakəran inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Motlayataq, Azaru, Anbuba, Şıxımpeştə kəndlərində dəfələrlə səyyar qəbullar keçirdiyini, qaldırılan problemlərin həlli barədə tədbirlər görüldüyünü bildirmişdir. Məlum pandemiya səbəbindən səyyar qəbullara xeyli ara verilsə də yenidən görüşməkdə məqsədin problemlərlə yerində tanış olub, həllinə köməklik göstərməkdən ibarət olduğunu diqqətə çatdırmışdır.

Kənd sakinləri çıxış edərək Vətən müharibəsində qazanılan misilsiz qələbəyərespublikamızda, o cümlədən rayonumuzda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlara görə möhtərəm Prezidentə dərin minnətdarlıqlarını ifadə etmiş, bu ucqar dağ kəndinə əhali ilə görüşə gəldiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə icra başçısına dərin təşəkkürlərini bildirmişlər.

Görüş iştirakçıları görülən işlərlə yanaşı Taxtanakəran-Toradi avtomobil yolunun təmiri, kəndə internet xəttinin çəkilməsi, odun yanacağı ilə təmin olunmalarına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan bəzi məsələlərin icrası barədə tapşırıqlarını vermiş, digərlərinin həlli ilə əlaqədar aidiyyəti qurumlarla birgə tədbirlərin görüləcəyini bildirmişdir.  

Qeyd etmişdir ki, Azərbaycanımızın yüksək inkişafından hər birimiz məlumatlıyıq və bununla fəxr edirik. Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsində bu inkişafın, tərəqqinin bir daha şahidi olduq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı ilə qazanılan qələbə ilə əslində Azərbaycanımızın ən böyük probleminin həlli deməkdir. Vəhşi, uşaq qatili, qaniçən düşməndən azad edilən torpaqlarımızda  bütün infrastruktur dağıdılmış, xarabaliğa çevrilmişdir. Quldurcasına talan edilən torpaqlarda indi sürətli bərpa işlərinə başlanmışdır. Ötən həftə Qalib Prezidentimiz Kəlbəcər və Laçın rayonlarında görülmüş işlərlə tanış oldu, tapşırıqlarını verdi, yeni obyektlərin tikintisi üçün Sərəncam imzaladı. Bu görüntülər bizdə böyük fəxarət hissi doğurur. Biz də doğma Qarabağ torpağında görülən quruculuq işlərinə dəstək olmalıyıq. Vətən müharibəsində bir yumruq halında birləşdiyimiz kimi, quruculuq işlərində də birliyimizi bir daha nümayiş etdirməliyik.

İcra başçısı respublikanın digər bölgələrində, o cümlədən Astara rayonunda da tikinti-quruculuq işlərinin davam etdiyini bildirmiş, bunun əhalinin rahatlığının təmin edilməsi, sosial rifahının yaxşılaşdırılmasına istiqamətləndiyini qeyd edərəkdövlətin öz vətəndaşlarına olan hədsiz qayğısı kimi dəyərləndirmişdir.

Qeyd etmişdir ki, bu dövlət qayğısı davamlı şəkildə olacaqdır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, güzəranının yaxşılaşdırılması möhtərəm Prezidentimizin və dövlətimizin siyasi xəttinin əsasını təşkil edir. Bütün bunların ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin vətəndaşlarına göstərdiyi hədsiz diqqət və qayğısı olduğunu bildirərək görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa çağırmışdır.