Astara rayonunun təsərrüfatlarında çəltik əkini başa çatıb və 202,1 hektar sahədə əkin aparılıb.
Rayon Statistika İdarəsinin rəisi Vasif Həsənov Astarainfo.az-a bildirib ki, çəltikçilik Astara rayonunun ənənəvi təsərrüfat sahəsidir. Astara rayonunda çəltikçiliyin inkişafı üçün geniş perspektivlər var. Artıq bir neçə ildir bölgənin brendi olan, ekoloji cəhətdən təmiz və keyfiyyətli Astara düyüsünə bazarda tələbat böyükdür. Yerli düyüyə olan tələbat əkinçiləri çəltik sahələrini ildən-ilə genişləndirməyə həvəsləndirir.
“Çəltikçilik rayonun əsasən Səncərədi, Pensər, Kakalos və Ərçivan ərazi nümayəndəliklərində geniş yayılıb. Hazırda bütün ərazilərdə əkin sahələrinin aqrotexniki tələblər səviyyəsində becərilməsi üçün ciddi səy göstərilir”, – deyə Vasif Həsənov əlavə edib.