Astara rayon Gənclər və İdman İdarəsində sərbəst güləş idman növü üzrə U-20 Avropa çempionatının bürünc mükafatçısı Ramik Heybətov və onun məşqçisi Nizami Axundov Astara rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov tərəfindən görüş keçirilmişdir.

     Qeyd edək ki, 01-04 iyul 2022-ci il tarixlərdə İtaliyanın paytaxtı Roma şəhərində keçirilən güləş üzrə U-20 Avropa çempionatında Ramik Heybətov 61 kq çəki dərəcəsində bürünc medal qazanıb.

       Astara RGİİ-nin rəisi vəzifəsini icra edən Rufan Şirinov idmançını və məşqçisi təbrik edərək, növbəti yarışlarda daha yüksək nəticələr arzulamış, sonda xatirə şəkilləri çəkilmişdir.