NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) Ukraynadakı cəbhə xəttinin kosmosdan çəkilən fotosunu paylaşıb.
Astarainfo.az xəbər verir ki, bu foto NASA tərəfindən 10 iyul 2022-ci il tarixində çəkilib.
Paylaşılan fotodan aydın şəkildə görülür ki, bütün cəbhə xəttində, xüsusən Luqansk, Donetsk və Xarkov vilayətinin bir hissəsində, eləcə də cənub Nikolayev və Xerson vilayətlərində irimiqyaslı yanğınlar müşahidə edilir.