Astara Olimpiya İdman Kompleksində Astara Rayon İcra Hakimiyyəti və Astara rayon Gənclər və İdman İdarəsinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq, Astara RGİİ, “İntellektli və Sağlam Gənclər“ Ictimai Birliyi və “Astara” intellektual Inkişaf Klubunun birgə təşkilatçılğı ilə Gənclər və İdman Nazirliyinin yaradılmasının 28 illiyinə həsr olunmuş “Şahin” gənclərin hərbi-vətənpərvərlik düşərgəsində iştirak edən 16-29 yaşlı gənclər arasında “Bilici” İntellektual Oyunu üzrə Respublika turniri keçirilmişdir.
Tədibirin açılış mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Bəhlul Rufullazdə bilik oyununun məqsədinin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nınmüvafiq bəndlərinin icrasını təmin etmək, Gənclər və İdman Nazirliyinin yaradılmasının 28 illiyini qeyd etmək, Şahin” gənclərin hərbi-vətənpərvərlik düşərgəsində iştirak edən gənclərinin vətənpərvərlik tərbiyəsini, intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, Azərbaycanın milli-mənəvi dəyərləri və tarixi haqqında biliklərini nümayiş etdirmələrinə şərait yaratmaq olduğunu bildirmişlər.
Sonra tədbirin aparıcısı “İntellektli və Sağlam Gənclər“ Ictimai Birliyi və “Astara” İntellektual Inkişaf Klubunun sədri Cavid Cəfərli oyunun qaydaları haqqında iştirakçılarıməlumatlandırmış və bilik yarışına start verilmişdir.
Yarışda respublikanın 11 rayonu- Şəki, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ,
Saatlı, Sabirabad, İmişli, Beyləqan və Astara rayon gənclərindən ibarət düşərgə
prinsipi əsasında tərtib olunan komandalar-“Canavarlar–1”,“Canavarlar–2”, ”Cəsurlar-1”,
Cəsurlar-2”, “İgidlər-1”, “İgidlər-2”, “Şahinlər-1”, “Şahinlər-2” ümumilikdə 8 komanda
mübarizə aparmışdır.
Yarış üç mərhələdən – seçim, yarımfinal və final mərhələlərindən ibarət keçirilmişdir
Maraqlı mübarizə şəraitində keçən yarışda I yerə “Cəsurlar-2”, II yerə Cəsurlar-1”, III yerə “ Canavarlar-1”, IV yerə “Şahinlər-2” komandaları layiq görülmüşlər.
Fəxri yerləri qazanan komandaların qazandığı bal düşərgə yarışmalarında qazandıqları ballara əlavə olunmuş və düşərgənin yekunda qalib komandalar və fərqlənən gənclər mükafatlandırılacaqdır.
Tədbirin gedişatını Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvü, Gənclər üçün Prezident mükafatçısı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin direktoru Coşqun Hidayətov, Vətən müharibəsi veteranı, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş giziri Ədalət Haqverdiyev, Aprel döyüşlərinin qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Loğman Məmmədovizləmişdir.