2022-ci  ilin yanvar-iyun aylarınnda ilkin hesablamalara görə Astara rayonunda iqtisadiyyatın  əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət; nəqliyyat vasitələrinin təmiri)hsulburaxılışı və xidmətlərin həcmi  əvvəlki  ilin müvafiq dövrünə nisbətən 16,1 faiz artaraq 110292,3 min manat olmuşdur. Əhalinin hər nəfərinə düşən məhsul və xidmətlərin dəyəri 31,0 faiz  artaraq 989,4 manata bərabər olmuşdur.

     Məhsul və xidmətlərin 37746,4 min manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 32458,9min manatı ticarət; nəqliyyat vasitələrinin təmiri, 16018,4 min manatı  sənayedə, 20552,1  min manatı  tikintidə,  2919,8 min manatı nəqliyyat və anbar təsərrüfatı sahələrində, 596,7 min manatı isə informasiya və rabitə sahələrində istehsal olunmuşdur.

           Sənaye müəssisələri və bu sahədə fəaliyyət  göstərən fərdi sahibkarlar  tərəfindən  2022-ci ilin yanvar-iyun aylarında 16018,4 min manatlıq  və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,8 faiz az sənaye məhsulu istehsal edilmişdir.

Sənaye məhsulunun 34,8  faizi emal  sektorunda, 64,6 faizielektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Sənayedə  qeyri-dövlət  sektorunun payı 34,8 faiz  olmuşdur.

   Emal sənayesində istehsalın həcmi 38,7 faiz, elektrik  enerjisi, qaz və  buxar  istehsalı, bölüşdürülməsi və  təchizatı  sektorunda 20,0 faiz, su  təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda  isə  7,2 faiz azalmışdır.

İstehsal  edilmiş sənaye  məhsullarının böyük hissəsi  istehlakçılara göndərilmiş,  əvvəlki dövrlərdə  yaranmış  ehtiyatlar da  nəzərə  alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul  2022-ci il vəziyyətinə 588,5 min manatlıq hazır  məhsul olmuşdur.

Kənd təsərrüfatında yaz tarla işləri başa çatmışdır. Cari  il iyulun 1-nə kimi 4229,4 hektar sahədə yazlıq  bitkilərin əkini aparılmışdır. Bu dövrdə  584,1  hektar sahədə  dənlilər  və dənli  paxlalı bitkilər (qarğıdalısız), 188,0  hektar sahədə  dən üçün qarğıdalı, 956,7 hektar  sahədə kartof,  1943,8hektar  sahədə   tərəvəz, 382,8 hektar sahədə   bostan bitkiləri,  0,5 hektar  sahədə dən  üçün günəbaxan, 173,5  hektar  sahədə   çoxillik otlar əkilmişdir.

       2022-ci il iyulun 1-nə kimi  tarlalardan  125,1 ton və ya keçən ilin  müvafiq  dövrünə  nisbətən  61,2 faiz  az dənlilər və dənli paxlalı bitkilər,  6273,0 ton (2,8 faiz çox)kartof, 7509,0  ton  (3,2 faiz çox)  tərəvəz, 170,7 ton  (6,0 faiz çox) meyvə  giləmeyvə, 252,9  ton (22,0 faiz  az) yaşıl  çay yarpağı  yığılmışdır.

      2022-ci il iyulun 1-i vəziyyətinə rayon üzrə 40924 baş iribuynuzlu mal-qara, o cümlədən 19857 baş inək və camış, 21059  baş qoyun və keçi mövcud olmuşdur. 2021-ci il iyulun 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı  297 baş (0,7 faiz), o cümlədən inək və camışların sayı 80 baş (0,4faiz) artmış, qoyun və keçilərin sayı isə 1569 baş (6,9 faiz)azalmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında diri çəkidə ət istehsalı 0,2 faiz artaraq 1987,8  ton, süd istehsalı  1,0 faiz artaraq  13606,7 ton, yumurta istehsalı  0,1 faiz artaraq  4526,0 min ədəd, yun istehsalı isə 1,1 faiz azalaraq 18,0 ton olmuşdur.  Bundan  başqa, rayonda 372,5 kq   barama istehsal olunmuş və keçən ilə nisbətən 26,3 faiz azalmışdır.

    2021-ci ilin  yanvar-iyun ayları ilə  müqayisədə kənd  təsərrüfatının  ümumi məhsulu  3,1  faiz, o cümlədən  bitkiçilik  məhsullarının  istehsalı 13,6  faiz artmış, heyvandarlıq  məhsullarının istehsalı  isə  3,3  faiz  azalmışdır.

2022-ci ilin yanvar-iyun aylarında əsas kapitala 21342,9min manat məbləğində, yaxud 2021-ci ilin  müvafiq  dövrü ilə müqayisədə 3,4 dəfə çox vəsait yönəldilmişdir. Əsas  kapitala yönəldilmiş vəsaitin  20552,1  min manatı və ya 96,3 faizi  bilavasitə tikinti-quraşdırma işlərinin  yerinə yetirilməsinəsərf  olunmuşdur. 2022-ci ilin birinci yarısında Astara rayonunda ümumi sahəsi 2689 kv.m olan 24 fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir.

   Nəqliyyat sektorunda  fəaliyyət  göstərən  müəssisələr və fiziki şəxslər tərəfindən 2022-ci ilin yanvar-iyun ayları ərzində 501 min ton yük və 3021 min nəfər sərnişin daşınmışdır. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 10,1 faiz, sərnişin  daşınması isə  20,2 faiz  artmışdır.

  İnformasiya və rabitə  müəssisələri tərəfindən  göstərilmiş 596,7  min manatlıq xidmətlərin  88,4  faizi əhaliaid  olmuşdur. Əvvəlki  ilin  müvafiq  dövrü ilə  müqayisədə 2022-ci ilin yanvar-iyun aylarında  göstərilmiş  informasiya və rabitə xidmətlərinin həcmi dəyər  ifadəsində  5,6 faiz artmışdır.

   2022-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarətşəbəkəsindən əhaliyə 97768,8 min manatlıq məhsul  satılmış,xidmət subyektləri  tərəfindən 14774,4 min manatlıq ödənişli

xidmət göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 1,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən  əldə olunmuş gəlir  5,1 faiz  artmış,ticarət

şəbəkəsində 48865,7  min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 48902,1 min  manatlıq qeyri-ərzaq məhsulları satılmışdır.

      2022-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 114,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 122,9 faiz, qeyri-ərzaq malları üzrə 107,6faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 107,8 faiz təşkil etmişdir.

2022-ci  ilin  yanvar-may   aylarında   muzdla işləyənlərinorta aylıq nominal əmək haqqı  2021-ci  ilin müvafiq  dövrünə  nisbətən 16,1 faiz  artaraq  509,9  manat təşkil etmişdir.

      2022-ci ilin birinci yarısında 32 iş yeri yaradılmışdır ki, onun da hamısı daimi olmuşdur.

2022-ci ilin yanvar-iyun  aylarında əhalinin sayı 363nəfər  və ya 0,3 faiz artaraq  2022-ci il iyul ayının 1-i vəziyyətinə 111654 nəfərə  çatmışdır.

Astara Rayon Statistika Idarəsinin rəisi                                                     Vasif Həsənov