12 avqust 2006-cı il tarixində Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.

12 avqust 2022-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xəzər dənizi sahilində təmizlik aksiyası keçirilmişdir.

Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirmək məqsədilə Astara şəhərinin sahilboyu zonasında rayon icra hakimiyyətinin, ETSN-nin, rayon Gənclər və İdman idarəsinin, MKTTİB MMC-nin əməkdaşları, ictimaiyyət nümayəndələri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon nümayəndəliyinin könüllüləri, yerli özünüidarəetmə orqanlarının iştirak etdiyi təmizlik aksiyasında xeyli ərazi tullantılardan təmizlənmişdir.

Sonda aksiya iştirakçılarına Xəzərin ekoloji problemlərindən, dənizinin ətraf mühitinin qorunmasından bəhs edən bukletlər və digər maarifləndirici materiallar paylanmışdır.