Astara Olimpiya İdman Kompleksində Astara rayon Gənclər və İdman İdarəsi, Astara Olimpiya İdman Kompleksi ilə birgə  təsdiq etdikləri əsasnaməyə uyğun olaraq Sərbəst güləş idman növü  üzrə2007-2009 və 2010-2013+-cü il il təvəllüdlü yeniyetmələr  arasında   Astara rayon   turniri keçirilmişdir.

   Yarışlar əsasnaməyə uyğun olaraq 2007-2009 -ci il təvəllüdlü yeniyetmələr arasında 32+1, 35+1, 38+1, 41+1,44+1, 48+1, 52+1, 57+1, 62+1, 75+1 və 2010-2013+--cu il təvəllüdlü kiçik yeniyetmələr  arasında  20+1, 23+1, 26+1,29+1, 32+1, 35+1, 38+1, 41+1, 44+1, 48+1, 50+1 çəki dərəcələri üzrə keçirilmişdir.

    Yarışda 6 komanda-Astara Olimpiya İdman Kompleksinin 3 komandası( məşqçi müəllimlər Əhmədov Qəhrəman Tarif oğlu- 51 nəfər,  Axundov Nizami Səmədulla oğlu-27 nəfər,   Nəbiyev Bəhruz Bayraməli oğlunun-24 nəfər  rəhbərliyi ilə )  və Astara Uşaq Gənclər İdmanŞahmat Məktəbinin 3 komandası ( məşqçi-müəllimlər Ağayev    Məhərrəm Loğman oğlu-20 nəfər, Həmidov Elxan  -20 nəfər , Həmidov Elçin Tofiq oğlu-20 nəfər rəhbərliyi ilə) ümumən 162 nəfər idmançı fəxri yerlər uğrunda mübarizə aparmışlar.

    dbirin mükafatlandırma mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev rayonda təlim məşqlərin müntəzəm olaraq  keçirildiyini, idmançıların   respublika və beynəlxalq yarışlarda yüksək nəticələrə nailı olduqlarını qeyd etmişlər. Çıxış edənlər ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, sağlam həyat tərzinin gənclərin dövləilik məfkurəsinin yüksəldilməsində və vətənpərvlik tərbiyəsindəki önəmindən, bəhs etmiş və yarışda idmançılara uğurlar arzulamışlar.  

Sonda müxtəlif çəki dərəcələrində I, II və III yerləri qazanan idmançılar  Astara RGİİ-nin və Astara Olimpiya İdman Kompleksinin sis etdiyi diplomları ilə təltif olunmuşlar.