Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Millətlər kuboku yarışında Azərbaycan yığma komandasının tərkibində 46 kq çəkidə qızıl medal qazanmış astaralı idmançı Bilal Nəzərov və onun şəxsi məşqçisi,  Astara Boks Mərkəzinin baş məşqçisi Ayaz Baxşıyevlə görüş keçirilmişdir.  

     Azərbaycan Milli komandası 18 ölkədən 151 idmançının qatıldığı ənənəvi yarışda 3 qızıl və 2 gümüş medal qazanıb və ümumi komanda hesabında III yeri qazanıb.      Məşqçi Ağası Məmmədovun rəhbərlik etdiyi yığmanın heyətində Bilal Nəzərov (46 kq) bütün rəqiblərindən güclü olaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

     Nəzərov Bilal Ramil oğlu əvvəlki illərdə də  ilə yüksək idman nəticələri ilə yadda qalmışdır: Boks  üzrə yeniyetmələr arasında Azərbaycan   birinciliyi (7-13.03.2022,Bakı) (44 kq)  I yeri qazanmışdır.Boks  üzrə yeniyetmələr arasında klublararası açıq Respublika kuboku(24-26.08.2018,Bakı) (33 kq)  II yeri qazanmışdır.Boks  üzrə yeniyetmələr arasında  “Gömrükçü” İdman Klubunun açıq birinciliyində(11.09.2021,Bakı) (44 kq)  II yeri qazanmışdır.Boks  üzrə yeniyetmələr arasında Masallı Regional Boks Mərkəzinin açıq birinciliyi(14-15.08.2021,Masallı)) (38 kq)  I yeri qazanmışdır.Boks  üzrə yeniyetmələr arasında açıq şəhər və rayon birinciliklərində 9 dəfə  I yeri qazanmışdır(Bakı şəhəri(01.08.2021), Bakı FİGHT LAB” klubu(31.05.2019), Salyan(15.11.2015), Salyan(15.06.2016), Şirvan (19-20.05.2017), İmişli(1-4.04.2018), Astara(23-27.05.2018), Cəlilabad(24.06.2018), Lənkaran-“Zirvə”Peşəkar İdman klubu(2017).

     Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov

rəfindən idmançı və məşqçisi təbrik olunmuş və onlara yeni uğurlar  arzulanmışdır.

     Yekunda xatirə şəkili çəkilmişdir.