26 avqust 2022-ci il tarixdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev şəhid ailələrinin uşaqları ilə görüşmüş, problemləri ilə maraqlanmışdır. Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər birimiz üçün əziz olduğunu bildirən icra başçısı qəhrəman şəhidlərin övladlarının bizə əmanət olduğunu diqqətə çatdırmışdır. Xalqımıza misilsiz qələbə sevinci bəxş edən şəhidlərimiz kimi, onların ailə üzvlərinin də bizim üçün çox dəyərli olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, şəhid ailələrinə qayğıdaim dövlətimizin diqqətindədir. Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsən şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüşləri, problemləri ilə maraqlanaraq həlli üçün operativ tədbirlərin görülməsinə tapşırıqlar verməsi, şəhid övladlarının mənalı istirahətinin, asudə vaxtının təşkili ilə əlaqədar mütəmadi olaraq Heydər Əliyev Fondu, Yaşat Fondu və rayon icra hakimiyyəti tərəfindən müxtəlif məzmunlu tədbirlərin keçirilməsi bu diqqətin bariz nümunəsidir. İcra başçısı bundan sonra da şəhid ailələri, qazilər və müharibə iştirakçıların daim diqqət mərkəzində saxlanılacağını, problemlərinin həlli ilə əlaqədar əlindən gələn köməkliyin göstəriləcəyinibildirmişdir.

Sonda şəhid övladları ilə xatirə şəkli çəkilmişdir.