Astara Boks Mərkəzində Astara rayon Gənclər və İdman İdarəsinin, “Astara Aslan” Döyüş İdman  Klubunun birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq  Savat  döyüş növü üzrə ( Fransız boksu) uşaqlar, yeniyetmələr və gənclər arasında klublararası açıq Astara rayon turniri keçirilmişdir.

Yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni musiqi sədaları səslənmişdir.Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir..

Tədbirin açılış mərasimində çıxış edən “Astara Aslan” Döyüş Klubunun direktoru, dəfələrlə beynəlxalq yarışların mükafatçısı,yarışların baş hakimi Zamin Baxşıyev, Azərbaycan Savat Federasiyasının cənub zonası üzrə nümayəndəsi,VI Dan qara kəmər ustası Nəzərəli Əliyev, Astara Boks Mərkəzinin baş məşqçisi Ayaz Baxşiyev,  Beynəlxalq yarışların mükafatçısı VI Dan Qara kəmər ustası Ramiq Rəhmanov, Vətən müharibəsi qazisi, XTQ-ndə xidmət etmiş Ümid Tağıyev, Vətən  müharibəsi qazisi Elmin Yusubov yarışın məqsədinin şəhidlərin xatirəsinin yad edilməsi,  yeniyetmə və gənclər arasında   sağlam həyat tərzinin  təbliği və tərənnüm edilməsi, idmançıların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi, Savat idman növünün kütləviliyinin inkişaf etdirilməsi olduğunu bildirmişlər. Çıxış edənlər ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, sağlam həyat tərzinin gənclərin dövlətşilik məfkurəsinin yüksəldilməsində və vətənpərvlik tərbiyəsindəki önəmindən, 44 günlük Vətən müharibəsində  Azərbaycan vətəndaşlarının, gənclərinin, idmançılarının qəhrəmanlıqlarından bəhs etmiş və yarışda idmançılara uğurlar arzulamışlar.

Sonra yarışa start verilmişdiir. Yarışlar əsasnaməyə uyğun olaraq Beynəlxalq savat döyüş qaydalarına uyğun Kombat və Asso versiyası üzrə  müxtəlif yaş və çəki dərəcələri üzrə aşağıdakı kateqoriya üzrə keçirilmişdir: 8-9 yaş oğlanlar(-25 kq,-30kq,-35kq,-40kq,+40kq), 10-11 oğlanlar(30kq,35kq,40kq,45kq,+45 kq),12-13 yaşlı yeniyetmə oğlanlar (35kq, 40kq, 45kq,50kq, +50 kq), 14-15 yaşlı yeniyetmə oğlanlar (40kq, 45kq,50kq,55kq,60kq,-65kq,+65kq), 16-17 yaşlı gənc oğlanlar (50kq, 55kq, 60kq, 65kq, 70kq, 75kq, -80kq, +80kq).

Yarışda Astara (4 komanda), Lənkaran (2 komanda), Masallı (1komanda) və Bakı şəhərinin (5 komanda) klubları, ümumən 12 klub və komandanı təmsil edən 115 nəfər idmançı fəxri yerlər uğrunda mübarizə aparmışlar.

Sonda müxtəlif çəki dərəcələrində I, II və III yerləri qazanan idmançılar Rayon Gənclər və İdman İdarəsinin, Astara Aslan” Döyüş Klubunun birgə təsis etdiləri  diplomlar və medallar,döyüş kəmərləri ilə təltif olunmuşlar.

Tədbirdə Şəhid ailələrinin üzvləri-Şəhid Sadiq Zeynalovun atası Kamal Zeynalov, Şəhid Şahnur Hüseynovun qardaşı  Şəhriyar Hüseynov, Şəhid Qeybiyev Arifin həyat yoldaşı İranə Qeybiyeva, Şəhid Kamran Seyfullazadənin bacısı Samirə Seyfullazadə, Şəhid Sadiq Bağırzadənin əmisi oğlu Rahim Bağırzadəyə xatirə dfiplomları təqdim edilmişdir.