Astara Dənizkənarı Park Bulvar Kompleksində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə hər həftə sonu keçirilən “ İdman hamı üçün” layihəsinə dəstək və eləcə də rayonda yeniyetmə və gənclər arasında sağlam həyat tərzini kütləviləşdirmək məqsədilə Astara Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Astara Uşaq Gənclər İdman-Şahmat Məktəbinin Futbol bölməsinin, “Astara Aslan” Əlbəyaxa Döyüş Klubunun dəstəyi ilə “Street workout” (Açıq hava fitnesi)-üzrə idman  yarışları və idman etüdləri təşkil olunmuşdur.

Yeniyetmə və gənclər top çiləmə, turnik, paralel qollarda hərəkət,  uzanaraq dayaqda qolların açılıb bükülməsi,press üzrə güçlərini sınamış, mini futbol  vəSavat (Fransız boksu) üzrə qızışdırıcı idman hərəkətləri, idman etüdləri  yerinə yerinə yetirmişlər.

Təlim-məşqlərin təşkilində məşqçi-müəllimlərdən “Astara Aslan” Əlbəyaxa Döyüş Klubunun direktoru Zamin BaxşıyevSavat (Fransız boksu) üzrə, Astara Uşaq Gənclər İdman-Şahmat Məktəbinin Futbol bölməsinin məşqçisi, AFFA-nın Həvəskar komandaları arasında Region Liqasında  Astara komandasının baş məşqçisi  Qəhraman Mirzəyev futbol üzrə “master klass” nümayiş etdirmişlər.

Yekunda Astara RGİİ-nin rəisi vəzifəsini icra edən Rufan Şirinovtərəfindən fərqlənən yeniyemə və gənclərə Astara RGİİ sertifikatları təqdim olunmuşdur.