Ermənistan silahlı qüvvələrinin son təxribatlarınıqəhramancasına dəf edərək şəhid olan Vətənövladlarından biri Cəmil Qurbanzadədir.

O, Astara şəhərində doğulub. Vətənpərvər ruhdaböyüyüb. Laçın istiqamətində düşmənin təxribatlarınınqarşısını alarkən şəhadət zirvəsinə ucalıb.

Şəhid Cəmil Qurbanzadənin atası AnarQurbanzadə bildirdi ki, “Üç övladım var. Onlardan böyüyüelə şəhidimiz Cəmil Qurbanzadədir. Ondan sonra iki qızımvar. Evin tək oğlu idi. Sonuncu dəfə oğlumla bir neçə günbundan əvvəl axşam saatlarında danışmışam. Laçınrayonunda xidmət edirdi. Sonuncu dəfə danışanda söylədiki, narahat olmayın, hər şey yaxşıdır. Hər şeyin əlaolduğunu söylədi. Mən hələ körpəliyindən Cəmili haqq-ədalət ruhunda tərbiyə etmişəm, ona düşmənigöstərməmişəm, ona demişəm ki, torpağıma kim girsə, o mənim düşmənimdir. Fərqi yoxdur, mənim torpağımagirən ermənidir, ya da başqası?! Cəmil bu gün ermənininüstünə gedibsə, deməli, o təyin edib ki, onun düşməniermənidir. Mən özüm vətənpərvər insanam. Övladlarımı da bu ruhda tərbiyə etmişəm. Bu torpağacanım qurban. Mənim oğlum Cəmil bu torpaq uğrundaşəhid olub, Vətənim sağ olsun! Bir Cəmil yox, min Cəmilfəda olsun bu torpağa! Yetər ki, mənim Vətənim yaşasın! Bu Vətəndə mənim anam, bacım, iki qızım var. Milyonlarlaqadınların simasında bacılarım var. Mən oğlumu ona görəböyütmüşəm ki, məni torpağımı qorusun”.

Şəhid Cəmil Qurbanzadənin atası digər şəhidvalideynləri üçün təsəlli olacaq fikirlərini dilə gətirib:

Digər şəhidlərimizin valideynlərinə təsəlli üçün onudeyə bilərəm ki, əgər övladlarını sevirlərsə, sınmasınlar, həmişə dik qalsınlar. Çünki onların övladları çox böyük görüblər. Hər kəsə şəhidlik nəsib olmaz. Əgər onun övladışəhid olubsa, onlar sevinməlidir, qürurlanmalıdır. Bu günmənim ətrafıma toplaşan insanların içərisində elələri varki, bəlkə üç gün əvvələ qədər məni tanımırdı. Ammaindi məni hər kəs tanıyır. Bu da övladım Cəmilinsayəsindədir. Mən buna niyə sevinməməliyəm ki?! Sadəcə olaraq bir az içimiz göynəyir. Bir az içimiz ağrıyır. Övladımızı görməyəcəyik deyə, ayrılıq bir az bizi sıxır. Amma düşünəndə ki, övladım şəhidlik məqamınayüksəlib, köksümü fəxarət hissi bürüyür. Çünki şəhidlikmənim üçün əlçatmaz bir zirvədir. Uşağımı ona görəböyütmüşəm ki, cəmiyyətə, bu Vətənə yararlı övlad olsun. Mənim xalqımın, millətimin işinə yarasın”.