Bakı şəhərinin “Adalet Fight Clubu”nun təşkilatçılığı ilə
Bakı şəhərini və respublikanın rayon və şəhərlərini təmsil edən 15 klub arasında keçirilən
Şəhidlərin xatirəsinə həsr olunmuş Kikboksinq üzrə klublarası turnirdə Astara rayon
komandası yüksək nəticələr qazanmışdır.
İdmançılarımızdan 11nəfər I yeri və 1 nəfər II yeri qazanmışdır. I yerləri Əliyev Yusif(50
kq,2006), Zeynalov Ümüd(44kq,2009), Yusifli Yusif (23kq,2011), Rzayev Əli (80kq,2012),
Məmmədli Ümid(39 kq,2012), Əsədullazadə Kənan (40kq,2009), Rzayev Məhəmməd( 85
kq,2004), Babayev Elnur(30kq, 2010), İsgəndərli Rəsul (23 kq,2013),Eyvazov Fərid (33kq,
2008), Həsənzadə Hüseyn (50 kq,2010) I yerləri, İsmayılzadə Mübariz (42kq,2009) II yeri
qazanmışlar.
Qeyd edək ki, Astara rayon komandası məşqçilər-“Astara Aslan” Döyüş İdman Klubunun
rəhbəri, III dan Qara kəmər ustası Zamin Baxşiyevın və Pəncəli Teymurov adına Astara
Döyüş Növləri Klubunun rəhbəri, VI dan Qara kəmər ustası Ramiq Rəhmanovun rəhbərliyi
ilə iştirak etmiş və nailiyyətlər qazanmışdır.
İdmançılarımızı təbrik edir və onlara yeni uğurlar arzulayırıq.