Astara Gənclər və İdman İdarəsində Astara Rayon Mərkəzi Kitabxanasının “Hər kitabı ünvanına” layihəsi çərçivəsində görüş keçirilmişdir.
Tədbirin açılışında Azərbaycan ərazi bütövlüyü uğrunda şəhid olan
həmvətənlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Görüşdə Astara Gənclər və İdman İdarəsinin rəis vəzifəsini icra edən Rufan
Şirinov,Vətən müharibəsi qazisi İlham Əkbərov və Astara Rayon Mərkəzi
Kitabxanasının şöbə müdiri və layihənin icraçı direktoru Gülüstan Dadaşova çıxış
edərək layihə haqqında ətraflı məlumat vermiş və əhımiyyətini qeyd etmişlər.
Tədbirdə kitabxanaçılar Gənclər və İdman İdarəsinin rəhbərliyinə və əməkdaşlarına
“Azərbaycan uşaq və gənclərinin sülh şəbəkəsi”, “Fiziki tərbiyə və idmanın etik-mənəvi
problemləri”, “Azərbaycan Olimpiya oyunlarında”, “Azərbaycan Respublikası Milli
Olimpiya Komitəsi”, A.Bayramov “Karate”, “Azərbaycan şahmat məktəbi”, “Bədən
tərbiyəsi və idman terminləri lüğəti”, “Физкультура для всех”, X.P.Kapablanka “Şahmat
oyunu dərsliyi”, F.Teylor “Peşəkarlar: futbol futbola qarşı” və s. kitabları təqdim etmişlər.
Nümayiş olunmuş kitablar Gənclər və İdman İdarəsinin rəis vəzifəsini icra edən
Rufan Şirinov və əməkdaşları tərəfindən böyük maraqla qarşılanmış, onlar kitabxanaya
üzv yazılmışlar.