Astara şəhərinin Dənizkənarı Park Bulvar
Kompleksnin Xəzər dənizi sahilində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə hər
həftə sonu keçirilən “ İdman hamı üçün” layihəsinə dəstək və eləcə də rayonda
yeniyetmə və gənclər arasında sağlam həyat tərzini kütləviləşdirmək məqsədilə Astara
Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və “Seiken” Kyokuşin Karate Klubunun
dəstəyi ilə “Karate hamı üçün” devizi ilə Kontakt karate və Kyokuşin karate idman
növləri üzrə etüdlər və “master klas” təşkil olunmuşdur.
Təlim-məşqlərin təşkilində məşqçi-müəllimlərdən Azərbaycan Kontakt Karate
Federasiyasının cənub zonası üzrə təlimatçı-məşqçisi, Federasiyanın nəzdində
“Seiken” Kyokuşin Karate Klubunun direktoru, II Dan Qara kəmər ustası Azər Ağazadə
tərəfindən “master klass” nümayiş olunmuşdur.