Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq
inkişaf edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi
regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib;
– Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük
donanmasına malikdir və Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər
istehsal edə bilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton
yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin
ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb;
– Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400
kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il
İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə
minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir;
– Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük
donanmalarından birinə malikdir. 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq
hava limanlarının ümumi sayı bugünkü 7-dən 9-a çatdırılacaq;
– 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda
nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb.
Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları
artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır;
– Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi
bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas
prinsip təqdim edib. İlkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi
üzərində iş aparılır;
– Cari ilin 13 sentyabr tarixində Ermənistan Azərbaycanla dövlət
sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri
bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında
normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət
Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür;
– Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur.
1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin
Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi
kağız üzərində qalıb. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində
yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il
ərzində icra olunmamış qaldı;
– Beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunması. Azərbaycan
Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və BMT Təhlükəsizlik
Şurasının qətnamələrinin icrasını təmin edib;

– Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal
təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək. 2019-cu ildən
Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat
olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın sədrliyi yekdilliklə daha bir il
– 2023-cü ilə qədər uzadılıb və bu, ölkəmizə olan hörmətin və etimadın göstəricisidir.