Astara rayon Ojəkəran kənd futbol meydançasında
Astara rayon Gəncər və İdman İdarəsinin dəstəyi, Astara RİH-nin Kijəbə qəsəbə inzibati ərazi dairəsi
üzrə nümayəndəliyi, Cənub Regional Futbol Federasiyası, Kijəbə bələdiyyəsinin birgə təsdiq etdikləri
əsasnaməyə uyğun olaraq Şəhidlərin xatirəsinə həsr olunmuş Kijəbə qəsəbəsi üzrə Futbol turniri
keçirilmişdir.
Yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni musiqi sədaları
səslənmişdir. Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan
həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirin açılış mərasimində çıxış edən Astara RİH-nin Kijəbə qəsəbə inzibati ərazi dairəsinin
nümayəndəsi Sədail Qasımov, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev, Kijəbə
qəsəbə bələdiyyəsinin sədri Adil Ağayev, Kijəbə qəsəbəsində gənclər və idman nümayəndəsi İlqar
Dadaşov tədbirin məqsədinin Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olan həmvətənlərimizin
xatirəsinin yad edilməsi, ərazidə vətənpərvərlik tərbiyəsinin təbliği, rayonun inzibati ərazi dairələrində,
bələdiyyə, müəssisə və təşkilatlarında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olmaq, prespektivli
futbolçuları aşkar etmək, futbol üzrə keçirilən rayon yarışlarında iştirak etmək üçün rayonun gənclər
və kişilərdən ibarət yığma komandasının heyətini müəyyənləşdirmək, asuda vaxtın səmərəli
keçirilməsini təmin etmək olduğunu bildirmiş, komandalara uğurlar arzulamışdır.
Turnirin açılışında “Ojəkaran” – “Təzəkənd” oyununda topa ilk topu şəhid ailələri-Şəhid Kənan
Dadaşovun atası Astara rayon Düriyyə kənd sakini Həsrət Dadaşov və Şəhid Tarif Cəfərovun atası,
Astara rayonu Vovadə kənd sakini Qədim Cəfərov vurdular
Yarışda Astara Rayon İcra Hakimiyyətinin Kijəbə qəsəbə inzibati ərazi dairəsinin müxtəlif kənd və
məhəllələrini təmsil edən 10 komanda- “Ojəkaran”(Ojəkaran kəndi) , “Gənclər” (Vovada kəndi),
,“Təzəkənd”( Təzəkənd kəndi), ””Xəzər”(Burzubənd kəndi), “Lovayn”(Lovayn kəndi), ”Mübariz”(Aşağı
məhəllə kəndi), “Leqend”(Kijəbə qəsəbəsi) “Tüləgüvan”(Tüləgüvan kəndi), “Vəfalı”(Deqədi k.),
“Şindan”(Türkoba məhəlləsi-Kijəbə qəs.) iştirak etmişdir.
Komanalar yarışların keçirilməsinin Beynəlxalq qaydalarına uyğun Dairəvi sistem üzrə 2
yarımqrupda mübarizə aparmışlar. Yarımqruplarda I və II yerləri qazanan komandalar ¼ mərhələsində
iştirak etmək hüququ qazanmışlar.
Yekunda I yerə “Ojəkəran” , II yerə “Tüləgüvan”, III yerlərə (2 komanda III yerlərə layiq
görülmüşdür) “Təzəkənd” və “Lovayn” komandaları layiq görülmüşlər.
Mükafatlandırma mərasimində Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev,
Cənub Regional Futbol Federasiyasının vitse-prezidenti Fəzail Əbilov, AFFA-nın Cənub zonası üzrə
nümayəndəsi Rövşən Süleymanov, yarışların təşəbbüskarı, Kijəbə bələdiyyəsində gənclər və idman
nümayəndəsi, eləcədə yarışların təşəbbüskarı İlqar Dadaşov çıxış edərək idmançıları təbrik etmişlər.
Sonra fəxri yerləri qazanan komandalara və fərqlənən futbolçulara AFFA-nın cənub
nümayəndəliyinin, Cənub Regional Futbol Federasiyasının, Astara RİH-nin Kijəbə qəsəbəsi üzrə
inzibati ərazi dairəsinin, Kijəbə bələdiyyəsinin diplom, kubok və hədiyyələri təqdim olunmuşdur.
Final yarışında və mükafatlandırma mərasimində ARB TV çəkilişlər aparmışdır.
Mükafatlandırma mərasimindən sonra xatirə şəkilləri çəkilmişdir.