Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası ilə birgəqvim planına uyğun olaraq Astara Dənizkənarı Park Bulvar  KompleksindəAzərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi çərçivəsində Şəhid Arif Qeybiyevin xatirəsinə həsr olunmuş şosse qaçışı üzrə II ölkə yarışı keçirilmişdir.Yarışın yüksək səviyyədə keçirilməsindən ötrü Astara Rayon İcra Hakimiyyəti,Astara Rayon Gənclər və İdman İdarəsi təşkilati işlərdə fəal iştirak etmişlər.

   29 sentyabr tarixdə Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən “Məhəmməd Hənifə”məzarlığında şəhid Arif Qeybiyevin məzarı ziyarət olunmuşdur.

   Astara Dənizkənarı Park Bulvar Kompleksində tədbirin açılış mərasimində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva, Azərbaycan Atletika Federasiyasının baş katibi, ”Azərbaycan Respublikasının əməkdar məşqçisi” Məhərrəm Sultanzadə , Azərbaycan Atletika Federasiyasının baş məşqçisi, ”Azərbaycan Respublikasının bədən tərbiyəsi və idman xadimi”, ”Azərbaycan Respublikasının əməkdar məşqçisi” Bəhruz Salehli, Astara rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, şəhid Arif Qeybiyevin anası Rəna Quliyeva çıxış etmişlər. Çıxışlarda qeyd olunmuşdur ki, şəhid idmançı Arif Qeybiyev 6 iyun 1997-ci ildə Astara rayonunun Səncərədi kəndində anadan olmuşdur. Şəhid Arif Qeybiyev 3 km məsafəyə qaçışda 2 qat Azərbaycan çempionu və gümüş medalçısı, Azərbaycan Kubokunun 1500 metr məsafəyə qaçışda qızıl, 800 metr məsafəyə qaçışda gümüş medalçısı, Avropa Təsnifat yarışlarının iştirakçısı olmuşdur.Şəhid Arif Qeybiyev Müddətdən Artıq Hərbi Xidmət qulluqçusu və tankçı kimi Vətən Müharibəsinin ilk günündə döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə ”Vətən uğrunda”(15.12.2020),”Cəsur döyüşçü”(18.12.2020), ”Fizulinin azad olunmasına görə”(25.12.2020) , ”Xocavəndin azad olunmasına görə”(25.12.2020) medalları ilə təltif olunmuşdur. Onun idmançı kimi yüksək nailiyyətləri, döyüşlərdə qəhrəmanlığı və yüksək insani keyfiyyətləri yaddaşlarda  və Azərbaycan tarixində əbədi qalacaqdır.

   Sonra meydanda Azərbaycan Respublikasının Dövlət Himni musiqisidaları səslənmiş, Azərbaycanının ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

   Yarışın qaydaları barədə yarışın icraçı direktoru, ”Azərbaycan Respublikasının əməkdar məşqçisi” Kamal Əhmədov, yarışın baş hakimi, ”Azərbaycan Respublikasının əməkdar məşqçisi” Rəhim Xəlilov, yarışın baş katibinin müavini, AAF-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Respublika dərəcəli hakimKənan Məhərrəmov idmançılara və nümayəndələrə geniş məlumatlar vermiş yarışlar start götürmüşdür.

    Yarışda 16 komandanın-Bakı( 3 komanda-Bakı yığma, Bakı Təhsil-1, Bakı Təhsil-5) ,Gəncə, Bərdə,Cəlilabad, Lənkəran, Astara, Biləsuvar, Lerik, Yardımlı, Xaçmaz, Xızı, İsmayıllı, Neftçala, Laçın şəhər və rayonlarını təmsil edən 150 idmançı mübarizə aparmışdır.2007-2008-cı il təvəllüdlülər arasında əvvəlcə qızlar 300metr, sonra oğlanlar 500metr, 2005-2006-cı il təvəllüdlər arasında əvvəlcə 500 metr məsafəyə qızlar, sonra 1000 metr məsafəyə oğlanlar mübarizə aparmışlar.

     2007-2008-cı il təvəllüdlülərin yarışında 300 metr məsafəyə qızlar arasında qaçışda I yeri Quliyeva İlahə(Bakı yığma), II yeri İsfəndiyarova Ləman(Bakı yığma),III yeri Nadirova Mehri (BakıTəhsil-1), 500 metr məsafəyə oğlanlar arasında qaçışda

I yeri Novruzov Nicat (Bakı yığma), II yeri İbrahimov Ümid (Gəncə) , III yeri Məmmədov Rüfət (Astara), 2005-2006-cı il təvəllüdlərin yarışında 500 metr məsafəyə qızlar arasında qaçışda I yeri Mustafayeva Bahar (Bərdə), II yeri İskəndərova Emilya (Bakı Təhsil-5), III yeri Cəlilova Aksana (Bərdə),  1000 metr məsafəyə oğlanlar arasında qaçışda Məmmədli Rasim(Bərdə),Əsgərov İskəndər(Gəncə), Əsədli Novruz(Xızı) qaznmışlar.

      Yekunda qaliblərin mükafatlandırma mərasimi keçirilmişdir.Fəxri yerləri qazanan idmançılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının diplom, medal vəhədiyyələr ilə təltif olunmuşlar.