Astara Gənclər Evində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı, Astara Rayon İcra Hakimiyyəti, Astara Rayon Gənclər və İdman İdarəsi, Astara Uşaq Gənclər İdman-Şahmat Məktəbinin dəstəyi ilə Astara, Lənkaran, Lerik rayonlarını təmsil edən yaşa görə əmək pensiyası alan həvəskar şahmatçılar arsında Şahmat üzrə respublıika zona turniri keçirilmişdir.
Yarışın açılış mərasimində və gedişində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsinin 7 saylı Regional Ərazi Filialının direktoru Uğur Qurbanzadə, Astara Rayon Gənclər və idman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, DSMF-nin 7 saylı Regional Ərazi Filialının Lerik şöbəsinin müdiri Aygül Səfərli və digər nümayəndələr iştirak etmişlər.
Yarışa baş hakimi Astara Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru, Beynəlxalq dərəcəli hakim Azər İbrahimov yarışların qaydaları barədə geniş məlumat vermiş və püskatma keçirilmişdir
Yarışda 18 nəfər yaşa görə əmək pensiyası alan həvəskar şahmatçılar mübarizə aparmışdır.
I yerə Kəlbiyev İman Əliabbas oğlu (Lerik rayonu) , II yerə Həsənov Mirmusa Salam oğlu (Lənkaran rayonu), Muradov Nizaməddin Şirvan oğlu (Lerik rayonu) layiq görülmüşlər.
Fəxri yerləri qazanan şahmatçılara Dövlət Sosial Müdafiə Fondunun diplomları təqdim edilmişdir. Qalib şahmatçı noyabr ayında Bakı şəhərində keçiriləcək turnirin final mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Yekunda xatirə şəkilləri şəkilmişdir.