Astara Dənizkənarı Park Bulvar Komleksində yerləşən “Maricel” restoranındaAstara rayon Gənclər və İdman İdarəsi nəzdində fəaliyyət göstərən “Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunun təlim tədris kurslarını bitirən gənclərə sertifikatların təqdim olunma mərasimi keşirilmişdir. Klubun nəzdində “Kompyuter texnologiyası və internetin əsasları” təlim–tədris kurslarını 21 nəfər gənc müvəffəqiyyətlə başa vurmuşdur.
Tədbirin açılış mərasimində “Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunun sədri Ceyhun Mirzəzadə, Astara RGİİ-nin rəis müavini İqrar Cəfərov çıxış etmişlər. Onlar kursu bitirən gəncləri təbrik etmuş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamış vəsertifikatları təqdim etmişlər
“Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunun “Kompyuter texnologiyası və internetin əsasları” təlim-tədris kursunun şagirdlərindən Hüseynova Arzu Nazim qızı (Astara Pedaqoji Kollecinin III kurs tələbəsi),Həsənova Arzu Kamil qızı (Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin məzunu), Kələntərova Fatimə Aydın qızı (Astara Pedaqoji Kollecin 1-ci kurs tələbəsi), Salayeva Gülhanə Firuz qızı (Astara Pedaqoji Kollecinin məzunu, Lənkəran Dövlət Universitetinin 1-ci kurs tələbəsi),Rzayev Əli Fərid oğlu ( Astara şəhər 1 saylı orta məktəbin şagirdi), Kələntərov Rəhmət Aydın oğlu (Ərçivan qəsəbə 2 saylı tam orta məktəbin şagirdi),Yusibova Samirə Qəhrəman qızı (Astara şəhəri F.Əliyarov adına 6 saylı tam orta məktəbin ingilis dili müəllimi), Həsənova Səmayə Famil qızı (Astara Padaqoji Kollecinin məzunu),. Hüseynova Xədicə Fəqan qızı (Rauf Mirzəyev adına Şahagaci kənd 1 saylı tam orta məktəbin məzunu),
Əhədova Dünyaxanım Arza qızı (Astara Pedaqoji Kollecinin məzunu),
Əliyeva İlahə Rafael qızı (F.Əliyarov adına Astara şəhər 6 saylı tam orta məktəbin məzunu), Əsədullayeva Nərmin Elçin qızı (Tələbə), Yusifov Qəhrəman Raminoviç (Tələbə), Məmmədzadə Fatimə Tahir qızı (Məktəbli), Zeynalova Yeganə Halik qızı ( Evdar xanım), Mirzəyeva Aysel Şərif qızı( Evdar xanım),Əliyeva Aynur Şahin qızı (Evdar xanım), Əsədullayeva Məhsəti Çingiz qızı (Evdar xanım), Haqverdiyeva Xətimgül İslam qızı kursları müvəffəqiyətlə başa vurduqlarına görə onlara sertifikatlar təqdim olunmuşdur.
Qeyd etmək lazımdır ki,, “Altay” Gənclərin İntellektual-İnnovasiya klubu yarandığı 2016-cı ildən bu günədək “Kompyuter texnologiyası və internetin əsasları” və “Müasir gənclik,İngilis dili və dünyaya inteqrasiya” təlim-tədris kurslarında müvafiq olaraq 279nəfər və 99 nəfər təhsil almışdır. 2022-ci ildə kurslarda 36 nəfər gənc komyuter texnologiyası və 18 nəfər gənc ingilis dili üzrə təhsil almış və təhsilini davam etdirir..Kurslarda gənclər ən vacib olan biliklər- informasiya texnologiyaları ilə işləməyi öyrənir və ingilis dilini mənimsəyirlər. Bu işdə onlara dəstək olan müəllimlər Ceyhun Mirzəzadə və Şəfa Mirzəzadə məqsədyönlü və səmərəli fəaliyyət göstərir.
Tədbir çay stolu və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşmışdır.
Kursları bitirən gənclərə və fədakar əməyə görə müəllimlərə fəaliyyətlərində və həyatlarında uğurlar arzulayırıq.