Bakı İdman Sarayında “Arpaçay” İdman Birliyinin təşkilatçılığı iləkeçirilən 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş Şərq Əlbəyaxa Döyüş Növləri Festivalında Kyokusin və Contakt karate versiyaları üzrə Astara rayon komandası fəxri yerlər qazanmışlar.
Astara rayon komandasını “Seiken”Kyokuşin Kenbukay Karate Klubunda və “Astara Aslan” Əlbəyaxa Döyüş İdman Klubunda təlim məşqlər keçən idmançılar Azərbaycan Kontakt Karate Federasiyasının Cənub Astara Regional Nümayəndəsi, “Seiken” Kyokuşin Kenbukay Karate Klubunun direktoru, II Dan Qara kəmər ustası Azər Ağazadənin və “Astara Aslan” Əlbəyaxa Döyüş İdman Klubunun direktoru, III Dan Qara kəmər ustası Zamin Baxşıyevin rəhbərliyi ilə yüksək səviyyədə təmsil edərək 2 nəfər I yeri, 4 nəfər II yeri və 5 nəfər III yeri qazanmışlar.
Kyokuşin versiyasında Kazımlı Sadiq (25 kq) I yeri, Məmmədov Namik(45 kq) I yeri, Semedzade Sebine (40 kq) II yeri, Məmmədov Aqşin (60 kq) III yeri, Məmmədov Bayraməli (50 kq) III yeri, Hüseynzadə Məhəmmədəli (40kq) III yeri, Contakt karate versiyasında Babayev Renat (62 kq) II yeri, Zeynalov Umid (45 kq) II yeri, Merufzade Sehriyar (30 kq) II yeri, Əliyev Mirze (50 kq) II yeri,Səmədov Nurlan (60 kq) II yeri, Yusifli Hasil (25 kq) III yeri qazanmışlar.
İdmançılarımızı təbrik edir və onlara daha uca zirvələri qazanmağı arzulayırıq.