Lənkaran Olimpiya İdman Kompleksində Avropa Komissiyasının təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin,müvafiq federasiyalarla birgə təşkilatçılığı ilə keçirilən “Be Active” devizi ilə “Avropa idman həftəsi” çərçivəsində müxtəlif idman növləri və yaş kateqoriyaları üzrə keçirilənyarışlarda Voleybol üzrə 30 yaşdan yuxarı oğlanlar arasında Astara rayon komandası III yeri qazanmışdır.
Fəxri yerlər qazanan komanda üzvlərinə Avropa komissiyasının mükafatları və idman geyimləri hədiyyə olunmuşdu.
Qeyd etmək lazımdır ki, Voleybol üzrə Astara rayon komandasının məşqçisi həvəskar və veteran voleybolçu Ağahüseyn Əliyevdir.
İdmançılarımızı və məşqçini təbrik edirik.