Astara Boks Mərkəzində Astara rayon Gənclər və İdman İdarəsinin təsdiq etdiyi əsasnaməyə uyğun olaraq Savat döyüş növü üzrə ( Fransız boksu) uşaqlar, yeniyetmələr və gənclər arasında Astara rayonun açıq turnirikeçirilmişdir.

    Yarışın açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni musiqi sədaları səslənmişdir.Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

     Tədbirin açılış mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov, Astara Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, Vətən müharibəsi veteranı Ələskər Əskərov, yarışların  baş hakimi ,Azərbaycan Savat Federasiyasının cənub Astara zonası üzrə nümayəndəsi, VI Dan Qara kəmər ustası Nəzərəli Əliyev, Vətən müharibəsi veteranı Cəfər Rzayev, yarışların baş katibi, Azərbaycan Kontakt Karate Federasiyasının cənub zonası üzrə təlimatçı-məşqçisi, Federasiyanın nəzdində “Seiken” Kyokuşin Karate Klubunun direktoru, II Dan Qara kəmər ustası Azər Ağazadə, yarışların hakimi, “Astara Aslan” Döyüş Klubunun direktoru, dəfələrlə beynəlxalq yarışların mükafatçısı Zamin Baxşıyev, Astara Boks Mərkəzinin baş məşqçisi Ayaz Baxşiyev, Beynəlxalq yarışların mükafatçısı VI Dan Qara kəmər ustası Ramiq Rəhmanov yarışın məqsədinin 8 noyabr 2020-ci il tarixdə Vətən müharibəsində qələbəni tərənnüm edən Zəfər Gününün qeyd edilməsi, şəhidlərin xatirəsinin yad edilməsi, yeniyetmə və gənclər arasında   sağlam həyat tərzinin bliği, idmançıların fiziki hazırlıq səviyyələrinin yüksəldilməsi və Savat idman növünün kütləviliyinin inkişaf etdirilməsi olduğunu bildirmişlər.Çıxış edənlər ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan, sağlam həyat tərzinin gənclərin dövlətşilik məfkurəsinin yüksəldilməsində və vətənpərvlik tərbiyəsindəki önəmindən, 44 günlük Vətən müharibəsində  Azərbaycan vətəndaşlarının,gənclərinin, idmançılarının qəhrəmanlıqlarından bəhs etmiş və yarışda idmançılara uğurlar arzulamışlar.

      Sonra yarışa start verilmişdiir. Yarışlar əsasnaməyə uyğun olaraq Beynəlxalq savat döyüş qaydalarına uyğun Kombat versiyası üzrə müxtəlif yaş və çəki dərəcələri üzrə aşağıdakı kateqoriya üzrəkeçirilmişdir: 8-9 yaş oğlanlar (-25 kq,-30kq, -35kq,-40kq,+40kq), 10-11 oğlanlar( 30kq, 35kq, 40kq,45kq,+45 kq),12-13 yaşlı yeniyetmə oğlanlar (35kq,40kq, 45kq, 50kq, +50 kq), 14-15 yaşlı yeniyetmə oğlanlar (40kq, 45kq, 50kq, 55kq, 60kq, -65kq,+65kq), 16-17 yaşlı gənc oğlanlar (50kq, 55kq, 60kq, 65kq, 70kq, 75kq, -80kq, +80kq).

      Yarışda Astara (4 komanda), Masallı (1 komanda)və Bakı şəhərinin ( 1 komanda “Polad” İdman klubu) klubları, ümumən 6 klub və komandanı təmsil edən 54nəfər idmançı fəxri yerlər uğrunda mübarizə aparmışlar.

    Sonda müxtəlif çəki dərəcələrində I, II və III yerləri qazanan idmançılar Astara Rayon Gənclər və İdman İdarəsinin diplomları medallar ilə təltif olunmuşlar.