Astara Rayon İcra Hakimiyyəti başçısı yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”nın təşəbbüsü ilə Pəlikəş kənd tam orta məktəbində “Erkən nikah, qohumlar arasında nikah və məişət zorakılığının qarşısının alınması, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Pəlikəş kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri və müəllim heyyəti iştirak etmişlər.
Tədbirdə Astara Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”nın sədri Firəngiz Sadıxova, Astara Rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Rufan Şirinov, Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”nın üzvü Bəsti Əliyeva, Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Günel Lətifzadə, Astara Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsinin Doğuş şöbəsinin həkimi Ülviyyə Nemətova, Astara Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru İxtiyar Arizzadə, Astara Rayon İcra Hakimiyyəti başçısının Pəlikəş kənd İƏD üzrə nümayəndəsi Xaqani Xalıqov iştirak etmişdirlər.
Tədbirdə iştirak edən müxtəlif yaş qruplarından olan valideynlərə, müəllimlərə, gənclərə və məktəblilərə erkən nikah, qohumlar arasında nikah və məişət zorakılığının cəmiyyətimiz üçün yaratdığı böyük təhlükə barədə, yetkinlik yaşına çatmayanların işləri və hüquqları ilə əlaqədar müvafiq qanunlar haqqında ətraflı məlumat verilmiş, qeyd olunan problemlərə həssaslıqla yanaşılmasının vacibliyi vurğulanmış, erkən nigah, qohumlar arasında nigah və məişət zorakılığının yaratdığı problemləri sadalamış, gənclərə dəyərli tövsiyyələr əməl etməyə çağırmış, tədbir iştirakçılarının fikir və təklifləri dinlənilmiş, iştirakçılara maraqlı olan suallar dolğun cavablandırılmışdır.