Bakı şəhərində Abşeron Olimpiya İdman Kompleksində Abşeron rayon Gənclər və İdman İdarəsi, Oyama Döyüş Növləri İdman Klubu İctimai Birliyi və Beynəlxalq İKF Kyokuşin Karate Təşkilatının Azərbaycan Nümayəndəliyinin  birgə təşkil etdiyi  Zəfər Gününə həsr olunmuş  turnirdə Astara rayon komandasınailiyyətlər qazanmışlar.

     Astara rayon komandası Kontakt Karate Federasiyasının Cənub zonası üzrə nümayəndəsi,“Seiken” Kyokuşin Kenbikay Karate klubunun direktoru, II Dan Qara kəmər ustası, məşqçi Azər Ağazadənin rəhbərliyi ilə uğurla iştirak etmişdir. Astara rayonunda fəaliyyət göstərən “Seiken”  Kyokuşin Kenbikay Karate klubunda müntəzəm təlim məşqlər keçən idmançılar  Astara rayonunu təmsil etmiş və yarışda İFK Kyokuşin idman növü üzrə yüksək nailiyyətlər qazanmışlar.

     Kazımlı Sadiq (25 kq) I yeri, Hüseynzadə Məhəmmədəli (40 kq) II yeri, Məmmədov Aqşin ( 60kq) III yeri, Məmmədov Namik (45 kq) III yeri qazanmışlar.

    İdmançılarımızı təbrik edir və onları yeni zirvələrə ucalmağı arzu edirik.