Astara rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsi qazisi İlham Əkbərov və Astara RGİİ-nin baş məsləhətçisi ilə birgə tələbələr və könüllü gəncləriniştirakı ilə Bakı şəhərində yerləşən Hərbi Qənimətlər Parkına  ekskursiya təşkil olunmuşdur. Ekskursiyanın məqsədi 2015–2025-ci illərAzərbaycan gənclərinin İnkişaf Strategiyasının müvafiq bəndlərinin icrasını təmin edilməsi, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi dövrundə düşmən tərəfindən  əldə edilmiş hərbi qənimətlərlə gənclərin tanış edilməsi, gənclərdə vətənpərvərlik tərbiyyəsinin yüksəldiməsi, onlarda azərbaycançılıq və dövlətçilik prinsiplərinin aşılanması olmuşdur.  

    Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2021-ci il tarixli sərəncamı ilə Azərbaycan Silahlı Qüvvələrinin gücü və qəhrəman  övladlarımızın şücaəti sayəsində işğalçı ordunun məhv edilmiş hərbi potensialının nümayiş etdirilməsi məqsədilə yaradılmış Bakı şəhərinin Xətai rayonu Dənizkənarı Milli Parkın 5 hektar ərazisində yerləşən Hərbi Qənimətlər Parkı informasiya mərkəzi, silah sərgisi, bayraq meydanı, kinozal, sanitar qovşağı, düşmənin müdafiə səddi, hərbi texnika, personal otağı, kofe və suvenir satışı hissələrindən ibarət memarlıq və qəhrəmanlıq kompleksidir.  Kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini çapıb-talayan,  məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilmə nişanələri əksini tapır. Ermənistan Ordusuna aid 522 hərbi yük maşınının nömrələrinin toplandığı xüsusi lövhənin nümayiş etdirildiyi kompleksdə həmçinin, KUB, OSA zenit raket kompleksləri, 150-dək ağır texnika, T-72 tankları, piyadaların döyüş maşınları, 2S1 qvozdika özüyeriyən artilleriya qurğusu və digər eksponatlar da yer alır. Düşməndən hərbi qənimət kimi götürülən “İskəndər M” tipli raket sisteminin qalıqlarının da nümayişi olunduğu Park “Dəmir Yumruq” əməliyyatının tarixi əhəmiyyətini bir daha göstərir.

     Ekskursiyada Vətən müharibəsi dövrundə müzəffər ordumuzun düşmənin canlı və hərbi qüvvəsinə vurduğu itkilər, göstərdiyi igidlik və qəhrəmanlıqlar barədə gənclərə geniş məlumatların verilmişdir.

    Daha sonra “Şəhidlər Xiyabanı” ziyarət olunmuşdur.