Astara Rayon İcra Hakimiyyəti başçısı yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”nın təşəbbüsü ilə Pensər kənd 2 saylı tam orta məktəb-liseyində “Erkən nikah, qohumlar arasında nikah və məişət zorakılığının qarşısının alınması, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

   Tədbirdə Pensər kənd 2 saylı tam orta məktəbi-liseyinin yuxarı sinif  şagirdləri və müəllim heyyəti iştirak etmişlər.

    Tədbirdə Astara  Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”nın sədri Firəngiz Sadıxova, Astara Rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Rufan Şirinov, Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”nın üzvü Bəsti Əliyeva, Astara Rayon İcra Hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Günel Lətifzadə, Astara Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsininhəkim ginekoloqu Afiqə Məmmədova, Astara Rayon İcra Hakimiyyəti başçısının Pensər kənd İƏD üzrə nümayəndəsi Zeynulla Şükürov, Pensər kənd 2 saylı tam orta məktəb-liseyin direktoru Faiq Həsənov iştirak etmiş və vzu ilə bağlı çıxış etmişlər.

    Tədbirdə iştirak edən müxtəlif yaş qruplarından olan valideynlərə, müəllimlərə, gənclərə və məktəblilərə erkən nikah, qohumlar arasında nikah və məişət zorakılığının cəmiyyətimiz üçün yaratdığı böyük təhlükə barədə, yetkinlik yaşına çatmayanların işləri və hüquqları ilə əlaqədar müvafiq qanunlar haqqında ətraflı məlumat verilmiş, qeyd olunan problemlərə həssaslıqla yanaşılmasının vacibliyi vurğulanmış, gənclərə dəyərli tövsiyyələr verilmış, tədbir iştirakçılarının fikir və təklifləri dinlənilmiş, iştirakçılara maraqlı olan suallar dolğun cavablandırılmışdır.