Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Tüləküvan kəndində keçirdiyi səyyar qəbul və görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatlarınınrəhbərləri iştirak etmişlər.

İcra başçısı kənd sakinlərini salamlayaraq Tüləküvan kəndində keçirilmiş əvvəlki görüşlərsakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində xeyli işlərin görüldüyünü diqqətə çatdırmışdır. Bildirmişdir ki, əsas diqqət kəndin qazlaşması, elektrik və yol problemlərinin həllinə yönəldilmişdir. Ojakəran-Tüləküvan-Təngərüd dairəvi avtomobil yolu yenidən qurularaq asfaltlaşdırılmış, yeni körpülər salınmış, kəndə təbii qazın verilməsi təmin edilmiş, elektrik xətt təsərrüfatının yenilənməsi və SİP kabellə təchiz edilməsi yaxın vaxtlarda başa çatdırılacaqdır.Demək olar ki, sizi narahat edən bütün əsas problemlər öz həllini tapmışdır. Təbii ki, inkişaf olduğu yerdə yeni problemlər də meydana çıxır, bunların da sizinlə birgə həllinə nail olacağımıza əminəm.

Kənd sakinləri çıxış edərək ölkəmizin hər tərəfində, xüsusən də işğaldan azad olunan ərazilərimizdə aparılan geniş miqyaslı tikinti-quruculuq və abadlıq işlərindən danışaraqəhalinin rifah halının yaxşılaşdırılmasından ötrü göstərdiyi diqqət və qayğıya görə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Rayon rəhbərliyinə səmimi görüşə və qaldırılan məsələlərə həssaslıqla yanaşdığına görə təşəkkür etmişlər. Sakinlər görülən işlərlə yanaşı Tüləküvan kənd tam orta məktəbi üçün yeni korpusun tikintisi, məktəbin qazanxanasının qaz xəttinə qoşulmasına, məhəllədə yeni transformatorun qoyulmasına, SİP kabelləşmənin tezliklə başa çatdırılmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirmiş, həlli barədə aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti ilə ayrı-ayrı sahələrdə qazanılan uğurlar barədə iştirakçıları məlumatlandırmışdır. Rayonumuzda həyata keçirilən abadlıq və quruculuq işləri, həmçinin ölkə başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq aqrar sahənin inkişafı istiqamətində aparılan səmərəli işləri diqqətə çatdırmışdır.

Son illər rayon ərazisində torpaqlardan səmərəli istifadə edilməsinə diqqətin artdığını razılıqla qeyd edən icra başçısı cənab İlham Əliyevin çayçılıq, sitrusçuluq və çəltikçiliyin inkişaf etdirilməsi ilə bağlı imzaladığı sərəncamdan sonra yüz hektarlarla kənd təsərrüfatına yararlı torpaq sahələrinin əkin dövriyyəsinə qaytarılmaqla uğurlu nəticələrə nail olunduğunu bildirmişdir. Vurğulamışdır ki, innovativ üsullardan istifadə etməklə yeni texnologiyalar əsasında aqrar sahənin daha da inkişafına nail olmaqla ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfəmizi verməliyik.

İcra başçısı bildirmişdir ki, Azərbaycanın hərtərəfli inkişafı, günü-gündən artan gücü və nüfuzu bizi qürurlandırır, dostlarımızı sevindirir. Lakin, özünü bizə dost kimi göstərən, düşmənlərimizə qucaq açan qonşu dövlətlərihəddindən artıq hiddətləndirir və narahat edir. Biz həmişə olduğundan daha artıq ayıq-sayıqolmalıyıq, xüsusən gəncləri din pərdəsi altında əks-təbliğatlanarkotik maddələrlə zəhərləmək istəyənləri yaxına buraxmamalıyıq. Buna görə də Möhtərəm Prezidentimizin ətrafında dəmir yumruq kimi daha da sıx birləşməliyik, imkan verməməliyik ki, kimsə bu əmin-amanlığı, sabitliyi pozmağa cəhd göstərsin.